Boris Nemtsov Troekurovsk qəbiristanlığında dəfn edilib
Bakı, 3 mart, AZƏRTAC
Rusiyanın müxalifət liderlərindən biri olan Boris Nemtsovun nəşi bu gün Troekurovsk qəbiristanlığında torpağa tapşırılıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, dəfn zamanı təhlükəsizlik tədbirləri gücləndirilib, qəbiristanlığın girişində xüsusi təyinatlı milislərin olduğu bir neçə avtomobil keşik çəkib.
Bir qədər əvvəl Boris Nemtsovun ailə üzvləri, qohumları, həmkarları və silahdaşları, həmçinin xarici ölkə diplomatları, o cümlədən ABŞ və Avropa İttifaqının Rusiyadakı səfirləri Con Teft və Viqaudas Uşatskas siyasətçi ilə vida mərasiminə qatılmışdılar.
Qeyd edək ki, Rusiya baş nazirinin keçmiş müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov fevralın 28-nə keçən gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsündə qətlə yetirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:40]
Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb
- 12.05.2026 [17:27]
Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb
- 12.05.2026 [17:24]
Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir
- 12.05.2026 [17:06]
ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb
- 12.05.2026 [16:46]
“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb
- 12.05.2026 [16:30]
Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO
- 12.05.2026 [16:26]
Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]