Böyük Britaniya nüvə stansiyasını təhlükəsizlik səbəbilə xüsusi nəzarətə alıb
London, 8 aprel, AZƏRTAC
İngiltərənin şimal-şərqində yerləşən və Fransanın EDF şirkəti tərəfindən idarə olunan “Hartlepool” atom elektrik stansiyası təhlükəsizlik baxımından gücləndirilmiş nəzarət altına alınıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Nüvə Tənzimləmə İdarəsi (ONR) məlumat yayıb. Qeyd olunub ki, stansiyanın fəaliyyəti təhlükəsiz olaraq qalır, lakin aparılan yoxlamalar nəticəsində müəyyən təkmilləşdirilməsi zəruri olan sahələr aşkar edildiyindən bu qərar qəbul edilib.
Nüvə Tənzimləmə İdarəsinin Əməliyyat Reaktorları üzrə baş müfəttişi Mayk Vebb bildirib ki, EDF artıq aşkar edilmiş problemləri aradan qaldırmaq üçün fəaliyyətin yaxşılaşdırılması planını təqdim edib. “Biz bu planı nəzərdən keçirdik və hesab edirik ki, narahatlıqlarımızı aradan qaldırmaq üçün kifayət edəcək”, - deyə o qeyd edib.
1983-cü ildən fəaliyyət göstərən “Hartlepool” stansiyası təxminən 2 milyon evin elektrik enerjisi ilə təmin olunmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]