Böyük Britaniya ordusunun Keniyada törətdiyi yanğınla bağlı zərərçəkənlərə təzminat ödəyəcək
London, 22 avqust, AZƏRTAC
Böyük Britaniya hökuməti dörd il əvvəl hərbi təlim zamanı Keniya ərazisində baş vermiş yanğından zərər çəkən minlərlə insana təzminat ödəməyə razılaşıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məhkəmədənkənar razılaşmaya əsasən, 2021-ci ildə Keniyanın Rift Vadisində yerləşən Lolldaiqa qoruğunda baş vermiş yanğınla bağlı 7 min 723 nəfər iddiaçı mülkiyyətlərini itirdiklərini və sağlamlıq problemləri ilə üzləşdiklərini bildiriblər. Böyük Britaniyanın Nayrobidəki Yüksək Komissarlığının sözçüsü yanğını son dərəcə təəssüf doğuran hadisə adlandırıb və qeyd edib ki, hökumət iddiaların həlli üçün xeyli vaxt, səy və resurs sərf edib.
Rəsmi London ödənilən məbləği açıqlamasa da, işə baxan vəkil Kevin Kubai BBC-yə bildirib ki, zərərçəkənlərə ümumilikdə 2,9 milyon funt sterlinq ödənilib. O, nəticəni ən yaxşı mümkün razılaşma kimi qiymətləndirib. Bununla belə, bir çox iddiaçılar aldıqları məbləğin itkilərini tam qarşılamaq üçün kifayət etmədiyini deyiblər. Vəkil Kubai vurğulayıb ki, əks halda hər bir iddianın ayrıca sübut olunması üçün məhkəmə prosesi daha yeddi ilə qədər uzana bilərdi və dörd ildən sonra sübutların çoxunun itirildiyini nəzərə alsaq, bu, olduqca çətin olardı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]