Böyük Britaniya öz hava məkanının təhlükəsizliyi ilə bağlı təhlil aparacaq
Bakı, 13 fevral, AZƏRTAC
Böyük Britaniya ABŞ-da Çin hava şarı ilə bağlı insidentlə əlaqədar öz hava məkanında təhlükəsizlik yoxlaması keçirəcək.
AZƏRTAC “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Təhlil krallığın hava məkanına nəzarətin mövcud üsullarında dəyişiklik etməyə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün istifadə olunacaq.
Bununla yanaşı, Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisiya Kerns deyib ki, Birləşmiş Ştatlar da öz mülahizələrini Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiyanın daxil olduğu “Beş göz” kəşfiyyat alyansının üzvləri ilə bölüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]