Böyük Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edib
London, 5 iyul, AZƏRTAC
Böyük Britaniya Suriya ilə 14 illik fasilədən sonra diplomatik münasibətləri rəsmi şəkildə bərpa edib.
AZƏRTAC Britaniyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, xarici işlər naziri Devid Lemmi bu məqsədlə Suriyanın paytaxtı Dəməşqə səfər edib. “Suriyalılar üçün yenidən ümid yaranıb. Birləşmiş Krallıq diplomatik münasibətləri bərpa edir, çünki bu, həm öz maraqlarımıza uyğundur, həm də yeni hökumətin sabit, təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməsinə dəstək vermək istəyirik”,- deyə nazir Lemmi bildirib.
Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniya ilə Suriya arasında diplomatik münasibətlər dayandırılmışdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]