Böyük Britaniyada Roma dövrünə aid mozaika tapılıb
London, 27 noyabr, AZƏRTAC
Böyük Britaniyada Roma dövrünə aid mozaika tapılıb.
AZƏRTAC xəbər verir ki, Lesterşir əyalətində bir fermerin tarlasında içərisində nadir Roma mozaikasının olduğu ev aşkar edilib.
Mozaikada Homerin “İliada” əsərindən səhnələr təsvir olunub. On bir metr uzunluğunda və yeddi metr enində mozaikanın qonaq otağının döşəməsini bəzədiyi güman edilir. Yunan qəhrəmanı Axillesin hekayəsinin bir hissəsi təsvir olunan mozaikanın eramızın III-IV əsrlərinə aid olduğu düşünülür.
Qazıntıda iştirak edən Lester Universitetinin arxeoloqu Con Tomas mozaikanı Britaniyada Roma dövrünə aid tapılan ən maraqlı abidələrdən biri kimi dəyərləndirib.
Arxeoloqlar ərazidə Roma dövrünə aid daha başqa tikililərin olduğunu güman edirlər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]