Braziliyanın dövlət orqanları öz kommunikasiya şəbəkəsini yaradır
Bakı, 6 noyabr (AZƏRTAC). 2014-cü ilin martından etibarən Braziliyanın dövlət orqanları arasında rabitə əlaqəsi müstəsna olaraq öz şəbəkəsi daxilində həyata keçiriləcəkdir. Bu barədə ölkə prezidenti Dilma Russefin imzaladığı sərəncamda deyilir.
Sənədə əsasən, məlumatların ötürülməsi Federal Dövlət Xidmətinin təşkilat və idarələrinin telekommunikasiya şəbəkələri və informasiya xidmətləri ilə həyata keçirilməlidir. Qərar milli təhlükəsizliyin qorunmasının təmini məqsədilə qəbul olunmuşdur.
Qeyd olunur ki, 4 ay ərzində bütün dövlət xidməti orqanları Məlumatların Emalı Federal Xidməti (Serpro) tərəfindən hazırlanan elektron poçta keçməlidir. Hazırda Braziliyanın dövlət idarələrində ABŞ-ın “Microsoft” korporasiyası tərəfindən işlənib hazırlanan elektron poçtdan istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]