“Brent” neftinin qiyməti 88 dolları keçib
Bakı, 27 yanvar, AZƏRTAC
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 0,7 faiz azalaraq 1 barelə görə 88,12 dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,71 faiz azalaraq 86,73 dollar təşkil edib.