Britaniya dövlət katibinin müavini azərbaycanlı məcburi köçkünlər haqqında məlumatlandırılıb
Bakı, 28 iyun, AZƏRTAC
Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə dövlət katibinin müavini Baroness Verna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovulan bir milyon azərbaycanlı məcburi köçkün haqqında məlumatlandırılıb və ona ölkəmizlə bağlı həqiqətləri əks etdirən materiallar təqdim edilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Baroness Verna ilə görüşdə Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də parlamentlərarası əməkdaşlığın inkişaf etdiyini deyən Milli Məclisin deputatı ölkələrimizin siyasi, iqtisadi əlaqələrindən söz açıb. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, onların cəmiyyətin bütün sahələrində rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Deputat, eyni zamanda, Azərbaycanda qadınların ictimai-siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb.
Ölkəmizə hər zaman xoş münasibət bəslədiyini deyən Baroness Verna Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]