Britaniya parlamenti Boris Consonu yalanda ittiham edən komissiyanın gəldiyi nəticəni dəstəkləyib
Bakı, 20 iyun, AZƏRTAC
İcmalar Palatası Böyük Britaniya parlamentinin Boris Consonu yalanda ittiham edən intizam komitəsinin gəldiyi nəticəni səs çoxluğu ilə dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, parlament üzvlərinin fikrincə, sabiq baş nazir pandemiya dövründə “Downing Street, 10” ünvanında keçirilən tədbirlə bağlı deputatları aldadıb. Qərar 354 deputat tərəfindən dəstəklənib, əleyhinə isə cəmi yeddi deputat səs verib. Ciddi siyasi pozuntuya görə intizam cəzası olaraq Boris Conson sabiq deputat kimi parlament binasına icazəsiz daxil olmaq hüququndan məhrum edilib.
Çoxları səsverməni simvolik hesab etsə də, digərləri onu parlamentə etimadı bərpa etmək istiqamətində mühüm addım kimi qiymətləndirib.
Xatırladaq ki, Boris Conson hələ komissiyasının çıxardığı nəticələr dərc edilənə qədər parlament üzvlüyündən istefa vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]