Britaniya pilotsuz uçuş aparatlarına qarşı yeni silah hazırlayıb

London, 17 aprel, AZƏRTAC
Böyük Britaniya ordusu pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə mühüm addım ataraq yönləndirilmiş enerji silahını sınaqdan keçirib və çoxsaylı dronu uğurla zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MoD) məlumat yayıb.
Bildirilib ki, Uelsin qərbində yerləşən test poliqonunda keçirilən bu məşq Böyük Britaniya ordusunun bu günədək keçirdiyi ən böyük PUA əleyhinə əməliyyat olub.
Böyük Britaniyada istehsal olunan bu innovativ silah görünməz radio dalğalarından istifadə edərək dron dəstələrinin fəaliyyətini pozur və sıradan çıxarır. Bu, havadan gələn getdikcə mürəkkəbləşən təhlükələrə qarşı potensial olaraq oyundəyişdirici müdafiə vasitəsi hesab olunur. Təhlükəsizlik səbəbindən texnologiyanın detalları açıqlanmayıb.
Müdafiə Nazirliyi bildirib ki, bu sistem Radiofrekans Yönləndirilmiş Enerji Silahı (RF DEW) tipinə aiddir və bir neçə hədəfi demək olar ki, dərhal zərərsizləşdirmək qabiliyyətinə malik olduğunu sübut edib. Britaniya hökuməti bu texnologiyanın tədqiqat və inkişafına bu günədək 40 milyon funt sterlinqdən çox sərmayə yatırıb. Layihə Şimali İrlandiya və İngiltərənin cənub-şərqində ümumilikdə 135 iş yerinin açılmasına da dəstək verib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [12:39]
Perunun hökumət başçısı istefa verib
- 14.05.2025 [12:36]
Donald Tramp: İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik
- 14.05.2025 [12:30]
Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiq ediblər
- 14.05.2025 [12:24]
Fransada həmkarlar ittifaqları ölkə daxilində milli tətil üçün çağırış edib
- 14.05.2025 [12:21]
Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır
- 14.05.2025 [12:14]
Almaniyada dəri xərçəngi xəstələrinin sayı kəskin artıb
- 14.05.2025 [12:11]