BRİTANİYA QLOBAL ENERGETİKA TƏDQİQATLARI MƏRKƏZİ NEFTİN QİYMƏTİNİN DÜŞMƏYƏCƏYİNƏ ƏMİNDİR
Mərkəzin mütəxəssisləri hesab edirlər ki, OPEK bazarda neftə olan tələbatın potensialını lazımınca qiymətləndirmir. Məruzədə deyilir: “Neft bazarında yaranmış vəziyyət tələbatın getdikcə artmasına səbəb olur”. Belə ki, bir çox neft şirkətlərinin anbarlarında yığılıb qalmış neft ehtiyatının tükənməsi bazarda gərginlik yaradır, bu da tələbin güclənməsinə gətirib çıxarır.
Gündəlik hasilatın 2,5 milyon barrelədək azaldılması barədə OPEK-in son sessiyasında qəbul edilmiş qərar tələbin təklifdən çox olması ilə nəticələnəcəkdir.