Britaniya Ukraynaya 162 milyon funt sterlinq dəyərində 650 raket göndərəcək
London, 6 sentyabr, AZƏRTAC
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 162 milyon funt-sterlinq dəyərində müqavilə ilə yüngül, çoxməqsədli 650 raket (LMM) tədarük edəcək.
AZƏRTAC xəbər verir ki, hava hücumundan müdafiə paketi bu gün Britaniyanın müdafiə naziri Con Healey tərəfindən ABŞ Hava Qüvvələrinin Almaniyadakı hərbi bazasında açıqlanıb. Yeni raket tədarükünün ilin sonuna qədər çatdırılması gözlənilir.
Nazir bildirib ki, bu yeni öhdəlik Ukraynanın hava hücumundan müdafiəsinə mühüm dəstək verəcək. O, beynəlxalq tərəfdaşlarla Ukrayna üçün birləşməyi və dəstəyi artırmağı müzakirə edəcəyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]