Britaniyada işsizlik artmaqda davam edir
London, 12 iyun, AZƏRTAC
Böyük Britaniya şirkətləri əmək bazarında qeyri-müəyyənlik fonunda yeni işçilərin işə qəbulunu ləngidir və ya işdən ayrılanların yerini doldurmur.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı son rəqəmlər göstərir. Məlumata görə, mart–may ayları arasında ölkə üzrə mövcud vakansiyaların sayı 63 min vahid azalaraq 736 minə düşüb. Bu, əmək bazarında zəifləmənin davam etdiyini göstərir.
ONS-un iqtisadi statistika direktoru Liz Makkion bildirib ki, işçi maaşları üzrə vergi hesabatlarında da azalma müşahidə olunur. Onun sözlərinə görə, bir çox şirkət ya işə qəbuldan çəkinir, ya da işdən çıxan əməkdaşların yerini doldurmur.
Qeyd edək ki, apreldə işəgötürənlər üçün milli sığorta ödənişləri artırılıb və minimum əməkhaqqı yüksəldilib. Ekspertlərə görə, bu dəyişikliklər şirkətlərin işçi saxlama xərclərini artırıb. Bu isə vakansiyalara birbaşa təsir edir. Statistika həmçinin işsizlik səviyyəsinin 4,6 faizə yüksəldiyini göstərir. Bu, son dörd ilin ən yüksək səviyyədir.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]