Britaniyada mobil telefonlara fövqəladə xəbərdarlıq siqnalı göndəriləcək
London, 5 sentyabr, AZƏRTAC
Böyük Britaniyada hökumət ölkə üzrə fövqəladə xəbərdarlıq sistemi ilə bağlı ikinci sınaq keçirəcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də, bazar günü saat 15:00-da mobil telefonlara xüsusi siqnal göndəriləcək.
Rəsmi məlumatlara görə, sınaq zamanı təxminən 87 milyon mobil cihaz səsli xəbərdarlıq alacaq. Telefonlar 10 saniyə ərzində titrəyəcək və yüksək səsli siqnal verəcək. Bu, hətta cihaz səs rejimində olduqda da baş verəcək. Telefon ekranında isə bunun yalnız sınaq olduğu və heç bir tədbir görülməsinə ehtiyac olmadığı barədə mesaj görünəcək.
Xatırladaq ki, fövqəladə xəbərdarlıq sistemi ilk dəfə 2023-cü ilin aprelində sınaqdan keçirilib. O vaxt bəzi istifadəçilərin cihazlarında siqnalın işləməməsi müşahidə olunub, problemin müəyyən mobil şəbəkələrlə bağlı olduğu açıqlanıb.
Hökumət sistemi bundan əvvəl güclü hava şəraiti ilə bağlı xəbərdarlıqlar və ötən il İkinci Dünya müharibəsindən qalmış partlamamış bombanın hərbçilər tərəfindən zərərsizləşdirilməsi zamanı da istifadə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]