Britaniyada orta yaşlı qadınların beşdəbiri depressiyadan əziyyət çəkir
London, 19 noyabr, AZƏRTAC
Britaniyada aparılan yeni tədqiqat göstərir ki, ölkədə 55–64 yaş aralığındakı qadınların beşdəbiri, yəni, 21 faizi depressiya əlamətləri yaşayır.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Maliyyə Araşdırmaları İnstitutunun (IFS) hesabatına görə, bu göstərici 2010-cu illərin ortalarında 15 faiz idi və son illərdə ciddi artım müşahidə olunub. Hesabatda qeyd olunur ki, qadınlarda depressiya əlamətlərinə həyatdan həzz almama, təkliyə qapanma, kədər hissi və yuxu pozuntuları daxildir.
Eyni yaş qrupunda kişilərdə isə bu göstərici 11 faiz təşkil edir və son on ildə demək olar ki, dəyişməyib.
Orta yaşdan sonrakı dövrdə qadınlar arasında yalnız psixoloji deyil, fiziki sağlamlıq şikayətlərində də artım qeydə alınıb. Tədqiqat göstərir ki, bu yaş aralığındakı qadınların 11 faizi altı və daha çox sağlamlıq problemi yaşadığını bildirib, kişilərdə isə bu rəqəm cəmi 3 faiz təşkil edir. Pandemiya, həyat xərclərinin kəskin artması, eləcə də qadınlar üçün dövlət pensiyası yaşının yüksəldilməsinin psixoloji sağlamlığa təsir göstərən amillər olduğu qeyd olunub.
Hesabatda, həmçinin bildirilir ki, depressiya əlamətləri azgəlirli ailələrdə yaşayan qadınlar arasında daha geniş yayılıb. Belə ki, ən aşağı gəlir qrupunda olan 55–64 yaşlı qadınların dörddə birinə yaxını depressiya yaşadığını bildirib. Ən yüksək gəlir qrupunda isə bu göstərici cəmi 10 faizdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
- 22.09.2026 [08:44]
Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
- 22.09.2026 [03:37]
Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb
- 22.09.2026 [03:26]
SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
- 22.09.2026 [02:18]
Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb
- 22.09.2026 [01:40]
Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]