Britaniyalı istehkamçılar ukraynalı hərbçilərə mina təmizləməyi öyrədir
Bakı, 22 iyul, AZƏRTAC
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri ukraynalı istehkamçılara mina təmizləməyi öyrədir.
AZƏRTAC xəbər verir ki, təlimlər Şotlandiyanın şimal-qərbində yerləşən Lox-Eve gölündə keçirilir. Ukrayna hərbçiləri şəhərdə, açıq sahələrdə, çaylarda və göllərdə partlayıcı qurğuları - bombaları, mina tələlərini, mina sahələrini aşkarlamaq və zərərsizləşdirmək üzrə təlimlərdə iştirak edirlər.
Ukraynalı hərbçilərin təlimləri artıq 12 aydır davam edir. “Bu, Rusiya təcavüzünə qarşı mübarizədə Birləşmiş Krallığın Ukrayna Silahlı Qüvvələrinin təlimi və dəstəyi ilə bağlı geniş öhdəliyinin bir elementidir”, - deyə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin saytında yerləşdirilən məlumatda bildirilir.
Təlimlərdə ABŞ, Fransa, Belçika və Gürcüstandan olan mütəxəssislər də iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]