Britaniyalı nazir DGK-nın Kinoloji Mərkəzində olub
Bakı, 23 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bunu DGK sədri Şahin Bağırov bildirib.
Britaniyalı nazir komitənin Kinoloji Mərkəzi ilə tanış olub. Daha sonra aparılan görüş zamanı ölkələrimizin gömrük orqanları arasında əlaqələrin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə əməkdaşlığın perspektivlərindən söhbət açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]