BŞTİ fərqlənən təhsil işçilərini təltif edib
Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisi təltif olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər fəal və təşəbbüskar müəllimlərin uğurlu fəaliyyətlərinə görə təltif olunduqlarını diqqətə çatdırıblar.
Sonra müəllimlərə BŞTİ-nin fəxri fərmanları və təşəkkürnamələr təqdim olunub.