BSU 2023/2024-cü tədris ilinə yeni ixtisaslarla başlayır
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) 2023/2024-cü tədris ilinə yeni yanaşmalarla daxil olur.
Bu barədə BSU-nun yeni tədris ilinə başlaması ilə əlaqədar keçirilən iclasında bildirilib. BSU-nun beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən rektor Anar Nağıyev müqavilə əsasında və mübadilə proqramları üzrə əcnəbi tələbələrin qəbul olunduğunu deyib. O, yeni tədris ilində Polşadan Barbara Maria Piontekin BSU-da polyak dili fənnini tədris edəcəyini diqqətə çatdırıb. Belə ki, Barbara Maria Piontek 2023/2024-cü tədris ilindən Polşa Respublikasının Akademik Mübadilə üzrə Milli Agentliyinin (NAWA) xətti ilə BSU-da polyak dili ixtisası üzrə təhsil alan tələbələrə bu dili tədris edəcək. Həmçinin oktyabr ayında Polşanın Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi idarə heyətinin sədri Adam Marşalekin BSU-da təlimlər keçəcəyini də vurğulayıb.
Anar Nağıyev deyib ki, BSU bu tədris ilinə də yeni ixtisaslarla başlayır. 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisasa, magistratura səviyyəsində isə bir yeni ixtisasa qəbul həyata keçirilib.
Fakültələrdə yeni tədris ilinə hazırlıqla bağlı danışan rektor yeni tədris proqramlarına əsasən tədrisin təşkilinə hazırlığın yekunlaşdırıldığını vurğulayıb. O, BSU-nun maddi-texniki bazasının genişləndirildiyini, auditoriya sayının artırıldığını və təmir olunduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]