BSU-da keçirilən “Slavyanın səsi” mahnı müsabiqəsində 3 iştirakçı finala vəsiqə qazanıb
Bakı, 22 fevral , AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Slavyanın səsi” musiqi yarışmasının yarımfinalı keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova yarımfinala vəsiqə qazanan tələbələrə uğurlar diləyib. Bildirilib ki, müsabiqənin əsas məqsədi tələbələr arasında bədii yaradıcılığa marağı artırmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etməkdir.
Musiqi yarışmasında 3 komandadan 8 yarımfinalçı iştirak edib. Onlardan 3 iştirakçı finala vəsiqə qazanıb. Yarışmada komandaların rəhbərləri Cavid Hüseynli, Aytac Samullayeva və Namiq Fərəcov münsif qismində çıxış ediblər.
“Slavyanın səsi” mahnı müsabiqəsində qalib gələn finalçı “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalında iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]