Bu gün daha dörd sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq
Bakı, 20 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ikinci günündə 4 sərbəst güləşçimiz xalça üzərinə çıxacaq.
Güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) almaniyalı Viktor Lizen, Əşrəf Aşırov (74 kq) türkiyəli Fazlı Eryılmaz, Hacımurad Məhəmmədsəidov (86 kq) Rusiya təmsilçisi Artur Nayfonov, Osman Nurməhəmmədov (92 kq) Almaniya idmançısı Robin Ferdinand (Almaniya) qarşılaşacaq.
Yarışın proqramına əsasən, aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]