Bu gün futbol üzrə milli komandalar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar
Bakı, 7 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə milli komandalar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.
AZƏRTAC xəbər verir ki, Almaniya seçməsi Türkiyə komandası ilə üz-üzə gələcək. Matçın favoriti almaniyalılardır. Komandalar bunadək 14 dəfə üz-üzə gəliblər. Doqquz dəfə bundestim qələbə qazandığı halda, 2 dəfə qardaş ölkə Türkiyənin futbolçuları qalib gəliblər. Digər üç oyun isə heç-heçə olub.
Görüş bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Paralel keçirilən qarşılaşmada Niderland millisi Meksika kollektivi ilə qarşılaşacaq. Komandalar 5 dəfə üz-üzə gəliblər. Aralarındakı oyunlarda niderlandlıların üstünlüyü aşkar görünür. Üç dəfə Niderland seçməsi qalib gəlib. Meksikalılar yalnız 1 dəfə seviniblər. Bir oyun isə heç-heçə olub.
Azarkeşlərin maraqla gözlədiyi daha bir görüş isə İsveçrə və Xorvatiya milliləri arasında olacaq. Tərəflər bunadək 3 dəfə qarşılaşıblar. Bunlardan 2-də qalib müəyyənləşməyib. Digərində isə isveçrəlilər qələbə qazanıblar. Bu oyun da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]