Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün görkəmli müğənni Şövkət Ələkbərovanın doğum günüdür

Bu gün görkəmli müğənni Şövkət Ələkbərovanın doğum günüdür

Bakı, 20 oktyabr, AZƏRTAC

İfa etdiyi mahnılarla ilk gündən dinləyicilərin ürəyinə yol taparaq yaddaşlarda həkk olunan Şövkət Ələkbərova o nadir sənətkarlardandır ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub gedib. Bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü vurduğu mahnılar bu gün tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 103-cü ildönümü tamam olur.

Unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasını alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.

Xan Şuşinski fondunun rəhbəri, böyük sənətkarın qızı Bəyimxanım Verdiyeva-Cavanşirovanın sözlərinə görə, sonradan möhkəm dostluğa, doğmalığa çevrilən ilk tanışlığın tarixi çox uzun illərə söykənir. “Şövkət Ələkbərova hələ sağ ikən öz adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazdırıb. Atamla tanışlıqları 1938-ci ildən başlayıb. O, həmişə Şövkət xanımdan mərd, səmimi, mədəni, istedadlı biri kimi danışırdı. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Azərbaycan musiqi tarixində ilk dəfə qadınla dueti Xan Şuşinski oxuyub. Onun duet ortağı məhz Şövkət Ələkbərova idi. Onların birgə üç duetləri vardı. Onun ikisini Xan Şuşinski yazmışdı. Şövkət Ələkbərova olmasaydı, Azərbaycan musiqisində böyük bir boşluq yaranardı. O, dövrünün böyük bəstəkarlarının bir-birindən gözəl əsərlərini elə ustalıqla ifa edib ki, artıq o mahnıların hər birinin üzərinə Şövkət Ələkbərova möhürü vurulub. Bu möhür isə kimsə tərəfindən silinə bilməz. Mənim uşaqlıq xatirələrimin ən gözəl yerində Şövkət Ələkbərova durur. Bizim ailənin bütün yaxşı və pis günlərində, ən çətin anlarında onu yanımızda görərdik. Sonradan mənim onunla dostluq əlaqələrim həyat yoldaşım vasitəsilə də davam etdi. Onun həyat yoldaşım, Xalq artisti, tarzən Fikrət Verdiyevlə də gözəl dostluğu, sənət münasibəti vardı. Şövkət xanım Azərbaycan xalqının yaddaşında, ürəyində elə bir yerə sahibdir ki, illər, əsrlər keçsə də, nə qədər ki, bu xalq və bu musiqi var, o da yaşayacaq",-deyə o fikirlərinə əlavə edib.

Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazıb. Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.

“Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq vəhdət təşkil edib. Elə buna görə də müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəyinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarova müsahibələrindən birində Şövkət xanımdan bəhs edərkən söyləyib: "Onun qardaşı mənimlə müharibədə olub - 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi. Qızı Natellanın ölümündən sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi onu, tanımazdı. Saçları, kirpikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü. Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı”.

Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib.

Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildəndir. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mersedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş başlayıb

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb