Bu gün Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər keçirilir
Bişkek, 28 noyabr, АZƏRTAC
Noyabrın 28-də Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər keçirilir. Seçki məntəqələri səhər saat 08.00-da açılıb, 20.00-də bağlanacaq.
AZƏRTAC xəbər verir ki, seçkilərə Qırğızıstanda fəaliyyət göstərən partiyaların 21-i və 287 müstəqil namizəd qatılıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 3 milyon 703 min 420 vətəndaşın adı salınıb.
Yeni qanunvericiliyə görə indiki parlament 90 deputatdan ibarət olacaq. Bunun 54-ü partiya siyahıları üzrə, 36-sı müstəqil deputat kimi fəaliyyət göstərəcək.
Qırğızıstan Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Bişkekin mərkəzindəki 1053 nömrəli seçki məntəqəsində səs veriblər.
Seçkilərə 730 xarici müşahidəçi qatılıb. Azərbaycan Milli Məclisinin deputatları Hikmət Məmmədov TÜRKPA-nın, İltizam Yusifov isə MDB missiyasının tərkibində seçkiləri izləyirlər.
Qeyd edək ki, Qırğızıstan parlamentinin deputatları 5 il müddətinə seçilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]