Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Rəqəmsal gələcəyə doğru: 2025-ci ildə Azərbaycan innovasiya, nəqliyyat və texnologiyalarda yeni mərhələyə qədəm qoydu

Bakı, 6 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

6 dekabr — rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.

AZƏRTAC xatırladır ki, peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilib. Azərbaycanın rabitə tarixi XIII əsrdə Qazan xanın poçt islahatlarından, XVI əsrdə Şah İsmayıl Xətainin dövlət səviyyəsində poçt sisteminin əsasını qoymasından başlayaraq zəngin inkişaf yolu keçib.

1881-ci il dekabrın 6-da Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda ilk telefon xətti istismara verilməsi isə ölkənin texnologiya tarixində dönüş nöqtəsi olub. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti çəkilib. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Azərbaycanda rabitənin, elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Ümummilli Lider Heydər Əliyevin respublikaya ikinci dəfə rəhbərliyi dövründə vüsət alıb. Ulu Öndərin diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə telekommunikasiya və İKT sahəsi sürətlə inkişaf edir. Ötən müddət ərzində bu istiqamətdə bir çox işlər görülüb və mühüm addımlar atılıb.

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur

Bu gün ölkəmizdə rəqəmsal transformasiya istiqamətində bir sıra böyük layihələr həyata keçirilir. Bu layihələrin icrasında aktiv rol oynayan qurumlardan biri də regionun ən böyük bulud xidməti provayderi olan “AzIntelecom” MMC-dir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə həyata keçirilən “Hökumət buludu” layihəsi çərçivəsində qurumlar öz informasiya sistemlərini tam və ya qismən “AzInTelecom”a məxsus Data mərkəzlərinə yerləşdirirlər.

Bundan başqa, 3 il əvvəl yaradılan “SİMA İmza” yeni nəsil rəqəmsal imza artıq onlayn xidmət sektorunda yeni standartlar formalaşdırıb. “SİMA İmza” hazırda 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib ki, məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.

Rəqəmsal inkişafın yeni mərhələsi

2025-ci ildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqləndi və ölkənin gələcək rəqəmsal yol xəritəsi müəyyən edildi. Paralel şəkildə “Onlayn Azərbaycan” layihəsinin tamamlanması nəticəsində ölkə üzrə sabit genişzolaqlı internet əhatəsi tam təmin olunub. “Onlayn Azərbaycan” layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilib. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçib. Layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib.

Süni intellekt sahəsində mühüm addım kimi “AI Academy” fəaliyyətə başlayıb8. Akademiya süni intellekt mühəndislərinin yetişdirilməsinə yönəlmiş tədris proqramları ilə bu sahədə ixtisaslı kadr hazırlığını gücləndirir. Bununla yanaşı, “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycanda rəsmi mərkəz açması ölkənin beynəlxalq texnoloji şəbəkələrə inteqrasiyasını yüksəldib. Eləcə də, Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.

Qanunvericilik prosesində rəqəmsal texnologiyaların tətbiqi üçün “E-qanun.ai” platformasının təqdim olunması süni intellektin dövlət idarəçiliyində istifadəsində yeni mərhələ açdı. Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının 30 mindən çox istifadəçisi var.

Azərbaycan qlobal rəqəmsal dialoqun mərkəzinə çevrilib

Bu il Bakıda baş tutan bir sıra beynəlxalq tədbirlər ölkəmizin qlobal rəqəmsal siyasətdə artan rolunu təsdiqlədi. Minlərlə gəncin iştirak etdiyi Qlobal Gənclər Sammitində rəqəmsal bacarıqlar, innovasiya və məşğulluq mövzuları geniş müzakirə olundu. Noyabrın 17-28-də Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) isə həm region, həm də dünya üzrə rəqəmsal inkişafın əsas istiqamətlərinin müəyyənləşdiyi mühüm platformaya çevrildi. MDB regionunda ilk dəfə təşkil olunan bu konfrans telekommunikasiya sahəsində qərarların qəbul edildiyi strateji mərkəz oldu.

Konfransın yekunu olan Bakı Fəaliyyət Planı 2026–2029-cu illər üçün insanların universal və əlçatan internetə çıxışının təmin edilməsini prioritet kimi müəyyənləşdirib. Hazırda dünyada 2 milyarddan çox insanın internetə çıxışının olmaması fonunda Plan rəqəmsal bərabərliyin təmin edilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

BTİ-nin Baş katibi Dorin Boqdan-Martin qeyd edib ki, Bakı Bəyannaməsi heç kəsi kənarda qoymayan, inklüziv rəqəmsal gələcəyin formalaşdırılmasına dair qlobal öhdəlikləri bir araya gətirir.

Konfrans çərçivəsində kibertəhlükəsizlik, radiotezliklərin idarə olunması, innovasiya, rəqəmsal bacarıqlar və ucqar ərazilərin internetlə təminatı kimi sahələr üzrə yeni qətnamələr qəbul edilib, çoxsaylı layihələr üzrə tərəfdaşlıqlar qurulub.

“Rəqəmsal hökumət”: dövlət xidmətlərində yeni keyfiyyət mərhələsi

2025-ci ildə “Rəqəmsal hökumət” modeli dövlət idarəçiliyində çevikliyin və şəffaflığın artırılmasında mühüm rol oynadı. Müasir informasiya texnologiyalarının tətbiqi dövlət orqanları ilə vətəndaşlar arasında əlaqələrin operativliyini təmin etdi və xidmətlərin əlçatanlığını genişləndirdi. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına əsasən, ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur. Hazırda platformada 69 rəqəmsal sənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindən bu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.

“Rəqəmsal hökumət” modeli bu üstünlüklərlə seçildi: dövlət xidmətlərinin xərclərinin və icra müddətinin azalması, vahid informasiya fəzasının formalaşması, vətəndaşların məlumatlara sərbəst çıxış imkanlarının artması, biznes sektorunun dövlət orqanları ilə əlaqələrinin sadələşməsi, məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanlarının genişlənməsi.

Bu mexanizmlər dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə mühüm təsir göstərdi.

Kibertəhlükəsizlik ekosistemində irəliləyiş

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) bu sahədə regional liderlik ambisiyalarını gücləndirdi. “PASHA Holding”in dəstəyi ilə qurulan mərkəz 1000-dən çox mütəxəssisin hazırlanmasını hədəfləyir. Bu günə qədər AKM-in təlim proqramından 300-dən çox məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən, eyni zamanda, məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı təşəbbüslər həyata keçirilir. Hazırda ən son iki dalğa üzrə məzunların işlə təmin olma göstəricisi 80 faizdir. Müasir laboratoriyalar, simulyasiya otaqları ölkədə kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli kadr potensialının formalaşdırılmasına xidmət edir.

Xüsusi vurğulamaq lazımdır ki, hazırda Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkilir. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Trans-Xəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

Kosmik texnologiyalarda artan rol

Bu il aprelin 24–25-də keçirilən “Kosmik Texnologiyalar Konfransı 2025” (STC 2025) Bakını Mərkəzi Avrasiya regionunda kosmik sahə üzrə bilik və innovasiya mərkəzinə çevirdi. 420-dən çox nümayəndənin iştirak etdiyi tədbir 50 spikerin çıxışları, çoxsaylı görüşlər və sərgilərlə kosmik sənayenin gələcək trendlərinin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib. Konfrans Azərbaycanın kosmik texnologiyalar sahəsində artan imkanlarını və beynəlxalq əməkdaşlıqdakı rolunu bir daha nümayiş etdirdi.

Bu günlərdə tarixdə ilk dəfə Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib. Peyk təxminən bir il ərzində orbitdə fəaliyyət göstərəcək və müasir texnologiya istiqamətlərindən biri olan Əşyaların İnterneti (IoT) üzrə məlumatların toplanmasını təmin edəcək. “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk “Azərbaycanın Zəfəri” adını daşıyır. Paralel olaraq, Qafqazda bir ilk olan – Azərbaycan Kosmik Akademiyasında peyk texnologiyaları, kosmik rabitə və peyk təsvirlərinin istifadəsi üzrə yeni layihələr davam etdirilir. Bu günədək məktəblilər bir neçə dəfə Beynəlxalq Kosmik Stansiya ilə birbaşa rabitə yaradaraq astronavtlarla danışmaq imkanı əldə ediblər. Bununla yanaşı, “Yerin məsafədən müşahidəsi” üzrə elmi müsabiqəsi də yekunlaşıb və qaliblər müəyyən olub.

Azərbaycan Ümumdünya Poçt İttifaqının Administrativ və Poçt Əməliyyatları şuralarına üzv seçildi

Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.

2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

“Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.

Bu il Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir. Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq imkanı verir.

Azərbaycanın bu orqanlarda iştirakı 2025-2029-cu illəri əhatə edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində və səsverməsində iştirak edəcək.

Ümumilikdə, 2025-ci il Azərbaycanın rəqəmsal inkişaf, innovasiya, kibertəhlükəsizlik, kosmik sənaye və dayanıqlı nəqliyyat sahələrində yeni mərhələ formalaşdırdığı il kimi yadda qaldı. Qəbul olunan strategiyalar, qlobal tədbirlər və yeni texnoloji təşəbbüslər ölkəmizin rəqəmsal gələcəyə doğru inamla irəlilədiyini göstərir.

Bu nailiyyətlər Azərbaycanın həm regionda, həm də qlobal miqyasda rəqəmsal inkişafın aparıcı mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub