Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək
Bakı, 9 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 9-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanacaq ilk iki komanda müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq. “Yuventus” Turindəki “Alyans” stadionunda “Portu” klubunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun “Portu”nun qələbəsi ilə yekunlaşıb - 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.
“Yuventus”un heyətində Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir. Həmçinin zədəsi tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. “Portu”nun heyətində isə Şansel Mbemba-Manqulu qarşılaşmada iştirak etməyə bilər. Görüşün idarə olunması niderlandlı referi Byorn Keypersə həvalə olunub.
Digər matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borussiya” ilə “Sevilya” klubları arasında olacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə “Borussiya Dortmund” səfərdə 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə adlamaq baxımından daha şanslı görünür. Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.
Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]