Bu gün Xocasən qəsəbəsində 4 min ağac əkilib
Bakı, 15 mart, AZƏRTAC
Yaz ağac əkini mövsümündə keçirilən genişmiqyaslı ağacəkmə tədbirlərinə “SOCAR Cape” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, torpaq çərşənbəsi günündə keçirilən ağacəkmə aksiyası zamanı nazirliyin və “SOCAR Cape” MMC-nin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun 4 min Eldar şamı və zeytun ağacı əkilib.