Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gündən “OPEC+” ölkələri neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərdən azaddır

Bu gündən “OPEC+” ölkələri neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərdən azaddır

Bakı, 1 aprel, Nihad Budaqov, AZƏRTAC

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC üzvləri və Rusiya başda olmaqla digər qeyri-OPEC neft hasilatçısı ölkələr (“OPEC+”) bu gündən etibarən neft istehsalının məhdudlaşdırılması üzrə öhdəliklərindən azaddır. Mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin icrası martın 31-də başa çatıb.

Neft istehsalının məhdudlaşdırılması və “OPEC+” formatında əməkdaşlıq hansı zərurətdən yarandı?

Beş il əvvəl dünya bazarında neftin bir barrelinin qiyməti 30-35 dollar səviyyəsinə düşmüşdü. Bu vəziyyət təbii ki, neft ixracatçılarını düşündürür, onlar çıxış yolları axtarırdı. Prosesə nəzarət edən qurum OPEC idi. OPEC də kartel üzvləri ilə birgə vəziyyətdən çıxış yollarını götür-qoy edirdi.

2016-cı il sentyabrın 28-də Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumu çərçivəsində OPEC-in qeyri-rəsmi toplantısında neft hasilatının məhdudlaşdırılması məsələsi ilk dəfə müzakirə edildi və müvafiq saziş imzalandı. Kartel üzrə hasilatın 1 il müddətinə məhdudlaşdırılması nəzərə tutulurdu. Həmin il oktyabrın 29-da Vyanada ilk dəfə OPEC-ə üzv və üzv olmayan ölkələrin yüksək səviyyəli komitəsinin iclası keçirildi. Qeyri-OPEC ölkələrindən Azərbaycan, Rusiya, Qazaxıstan və Meksikanın təmsil olunduğu iclasın məqsədi neft hasilatının məhdudlaşdırılmasına dair OPEC ölkələri arasında sentyabrda bağlanmış Əlcəzair sazişinin həyata keçirilməsinə dair qeyri-OPEC ölkələri ilə məsləhətləşmələrin aparılması idi. Nəhayət 2016-cı il dekabrın 10-da OPEC-ə üzv və kartelə daxil olmayan 24 ölkə növbəti ilin əvvəlindən bir il müddətinə qüvvədə olan “Əməkdaşlıq Bəyannaməsi”ni imzaladı. Daha sonra sazişin müddəti müxtəlif illərdə yenidən uzadıldı. Bu illər ərzində neft bazarında tələb-təklif tarazlığı yarandı, qiymət iştirakçı ölkələri qane edən səviyyəyə yüksəldi. Nəhayət ötən il dekabrın 6-da sazişin müddəti yenidən cari ilin birinci rübünün sonunadək artırıldı. “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatı 1,7 milyon barrel azaldıldı.

Nəhəng neft hasilatçılarının qiymət müharibəsi və koronavirusun fəsadları

Səudiyyə Ərəbistanı və Rusiya kimi nəhəng neft istehsalçılarının hasilat və qiymət müharibəsi, eləcə də koronavirus pandemiyasının yayılmasının coğrafiyasının genişlənməsi fonunda son günlər qlobal enerji bazarı yeni bir tənəzzül dövrünü yaşayır.

Martın ilk həftəsində enerji bazarının iştirakçılarının diqqəti OPEC və qeyri-OPEC ölkələrinin toplantısına yönəlmişdi. Məqsəd isə yığıncaqdan hər kəsi qane edəcək qərarın qəbul edilməsi, yəni bazardan izafi neft həcmlərini çıxartmaq idi. Lakin üçgünlük toplantısı nəticə vermədi.

Belə ki, Vyana məsləhətləşmələrinin ilk günü - martın 4-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 18-ci iclasında neft hasilatının daha da azaldılması üzrə Rusiyanı razı salmaq mümkün olmadı. İclasda neftin qiymətinin ucuzlaşmasının qarşısının alınması məqsədilə hasilat məhdudiyyətlərinin daha da dərinləşdirilməsi barədə razılıq əldə edilmədi. Rusiyanın martın sonunda bitəcək mövcud sazişin müddətinin ikinci rübün sonuna qədər uzadılmasını müdafiə etdi. Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC ölkələri isə neft hasilatının azaldılmasını gündəlik 1-1,5 milyon barrelə qədər dərinləşdirməyə tərəfdar oldular.

Martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində ötən ilin dekabrında gündəlik neft hasilatının daha da azaldılmasından ötən müddətdə qlobal bazarda baş verən dəyişikliklər, tələb-təklif tarazlığının mövcud vəziyyəti, ilin əvvəlindən “qara qızıl”ın qiymətindəki kəskin ucuzlaşma, koronavirusun enerji bazarına təsirləri və bununla bağlı atılacaq addımlar əsas müzakirə mövzusu oldu. OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirak etdiyi iclasda kartel üzvləri neft hasilatının sutkada daha 1,5 milyon barrel azaldılmasına razılıq verdilər. OPEC üzvləri əvvəlcə kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, “OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılmasını, bu istehsal məhdudiyyətinin iyunun 30-a kimi qüvvədə olmasını qərarlaşdırdılar. Lakin nazirlərin daha sonra keçirdiyi qeyri-rəsmi görüşdə “OPEC+” üzrə hasilat məhdudiyyəti sutkalıq 1,5 milyon barrel dərinləşdirilməklə sazişin müddətinin ilin sonuna qədər uzadılması razılaşdırıldı.

“OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC neft hasilatına dair məhdudiyyətin dərinləşdirilməsini və mövcud sazişin müddətinin uzadılmasını təklif etdi. “OPEC+” ökələrindən Rusiya və Qazaxıstan isə hasilatın azaldılması təklifini qəbul etmədi. Beləliklə də, nazirlər görüşdə neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilmədilər.

Nə oldusa bundan sonra oldu. Belə ki, rəsmi Moskva və Ər-Riyad bir-birinin addımlarına sərt reaksiya verməyə başladı. Nəticədə Səudiyyə Ərəbistanı və Rusiya neftdə uzun və dağıdıcı qiymət müharibəsinə başlamaq üçün addımlar atdı. Hər iki ölkə apreldən etibarən neft hasilatını artıracağını açıqladı.

Şirkətə yaxın mənbəyə görə, Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft” “OPEC+” sazişinin müddəti bitən vaxtdan etibarən hasilatını artırmağı planlaşdırır. Şirkətin neft hasilatını nə qədər sürətlə artıra biləcəyi sualına cavab olaraq mənbə təcrübəli analitiklərin hasilatın bir və ya iki həftədə 300 min barrel artacağını hesabladıqlarını söyləyib. Bu həcm sayəsində Rusiya “OPEC+” üzrə tətbiq etdiyi məhdudiyyətləri bərpa etməklə bir az daha çox məhsul istehsal edəcək.

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” isə öz neftinin qiymətinə son 30 ildə ən böyük endirim edib. Qlobal miqyasda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının bu misli görünməmiş qiymət endirimindən sonra Asiyadakı dünyanın ən böyük xam neft idxalçıları aprel ayında daha çox səudiyyə nefti almaq niyyətindədir. Belə ki, Çin və Sinqapurun Səudiyyə Ərəbistanından aldıqları neftin həcmini artırmağa çalışdığı qeyd edilir. Həmçinin Səudiyyə Ərəbistanı Energetika Nazirliyi “Saudi Aramco”nun neft hasilatını gündəlik 12 milyon barreldən 13 milyon barrelə qədər artırılması barədə tapşırıq verib.

Qiymət niyə bu qədər kəskin aşağı düşdü?

“Qara qızıl”ın qiymətində tarixən bu kimi enişli və çıxışlı dövrlər olub. Belə ki, 1973-cü ildə bir barreli 3 dollar, 1998-ci ildə 9 dollar olan neft 2008-ci ilin iyununda 134 dollaradək yüksəlib. Lakin bu qiymət dəyişkənlikləri əsasən bir neçə ay və il ərzində baş verib. Qiymətdəki böyük sıçrayış 1973-cü ilin dekabr və 1974-cü ilin yanvar aylarını əhatə edən dövrdə baş verib. Ancaq qiymətin builki kimi qısamüddətli dövrdə kəskin enməsinə tarixən rast gəlinməyib. Belə ki, cari ilin əvvəlində dünya bazarında neftin qiyməti 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.

Bu həftə “Brent”in qiyməti 18 illik antirekordunu təzələyərək 22 dollar/barrelə enib. “Light” markalı xam neftin bir barrelinin qiyməti isə 2002-ci ildən bəri ilk dəfə 20 dollardan aşağı düşüb. Hətta vəziyyət o yerə çatıb ki, hazırda 1 litr su 1 litr neftdən baha satılır.

Nəhayət bütün bu proseslər neft bazarında tənəzzül yaratdı: neftin qiymətinin 1991-ci il Körfəz müharibəsindən bəri ən böyük səviyyədə azalması, enerji şirkətlərinin milyardlarla dollar dəyər itirməsi və karbohidrogen resursdan asılı ölkələrin iqtisadiyyatlarının sürətli şəkildə geriləməsi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik sədri: lll Mili Rəqabət Forumu qarşıdakı mərhələ üçün əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub