Bu ilin birinci yarısında Rusiyadan Türkiyəyə 2 milyondan çox turist gedib
Bakı, 5 sentyabr, AZƏRTAC
Bu ilin birinci yarısında Türkiyəyə 2 milyondan çox rusiyalı turist səfər edib və bu tendensiya davam etməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
Rusiya Prezidenti deyib: “Keçən il Rusiyadan Türkiyəyə 5 milyondan çox, bu ilin birinci yarısında isə daha 2,2 milyon rusiyalı turist gedib. Ümid edirik ki, eyni dinamika gələcəkdə də davam edəcək”.
O əlavə edib ki, Rusiya Federasiyasının müvafiq idarələri ölkə vətəndaşlarının Türkiyədə təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə Türkiyə hakimiyyət orqanları ilə işi davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]