Bu ilin ən çox qazanan müğənnilərinin siyahısı açıqlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Amerikanın “Forbes” jurnalı ilin ən çox qazanan müğənnilərinin siyahısını dərc edib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, siyahıya Beyons liderlik edib.
Jurnalın məlumatına görə, amerikalı 36 yaşlı ulduz Beyons il ərzində 105 milyon dollar qazana bilib. Bu məbləğə “Lemonade” adlı son albomunun satışından və konsert turundan əldə etdiyi qazanc da daxildir. Bundan başqa, müğənninin geyim biznesi də var.
İkinci yerdə 29 yaşlı britaniyalı müğənni Adel qərarlaşıb. O, 69 milyon dollar qazanıb.
Ötən il siyahıya liderlik edən Teylor Svift 44 milyon dollar gəlirlə bu dəfə üçüncü pilləyə düşüb.
Kanadalı ifaçı Selin Dion 42 milyon dollarla dördüncü, Cenifer Lopez isə 38 milyon dollar qazancla beşinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]