“Bu şəhərdə” Sumqayıt səhnəsində
Sumqayıt, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Kimyaçı Mədəniyyət Sarayında “Bu şəhərdə” teatrının “Gəlİn” adlı tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşadan öncə Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklər səsləndirilib. Vurğulanıb ki, Sumqayıtın sosial-iqtisadi və mədəni inkişafında, eləcə də ictimai həyatında şəhər qadınlarının əməyi çox böyükdür. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatda fəal iştirak edərək, şəhərin inkişafına öz töhfələrini verirlər.
Sonra Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovun iştirakı ilə “Gəlİn” adlı konsert-proqram təqdim edilib.
Tamaşa alqışlarla qarşılanıb.