Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu xəstəlikdən tam sağalmaq ehtimalı yoxdur - həkimdən məsləhətlər

Bu xəstəlikdən tam sağalmaq ehtimalı yoxdur -  həkimdən məsləhətlər

Bakı, 30 may, AZƏRTAC

30 May - Beynəlxalq Dağınıq Skleroz Günü ilə bağlı həkim-nevroloq Vüsalə Nuriyeva AZƏRTAC-a müsahibə verib. O, dağınıq sklerozun yaranma səbəbləri, əlamətləri, müalicə üsulları və digər məsələlərlə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Dağınıq sklerozun yaranma səbəbləri və xəstəliyin əlamətləri barədə məlumat verməyinizi istərdik...

- Dağınıq skleroz baş və onurğa beynin sinir liflərini əhatə edən mielin qişasının zədələnməsi nəticəsində yaranan xroniki iltihabi prosesdir. Xəstəliyin gedişatı və fərqliliyi hər bir xəstədə individualdır. Dağınıq sklerozun əlamətlərinə xəstədə əzələ zəifliyi, ifliclər, görmənin anidən zəifləməsi və tamamilə itirilməsinə gətirib çıxaracaq hallar, əsas simptomlara isə görmədə ikiləşmə və yorğunluq daxildir. Belə xəstələrdə parasteriyalar, hissiyyatın pozulması, bədəndə uyuşma, iynəbatma hissi, halsızlıq müşahidə olunur. Bu şəxslər başgicəllənmə, ataksiya və koordinasiya pozuntusundan əziyyət çəkirlər.

- İnsanlar dağınıq skleroz xəstəliyinə tutulduqlarını necə müəyyən edə bilərlər?

- İnsanlar bunu müəyyənləşdirə bilməzlər. Simptomlar qeyri-spesifikdir. Ona görə də diqqətli olmaq lazımdır. Bu simptomlar təkcə dağınıq skleroza xas deyil. Bu səbəbdən bir neçə simptomu müşahidə etdikdə, nevroloqa müraciət etmək lazımdır. Nevroloq da müayinə zamanı şübhələndiyi hallarla bağlı MRT müayinəsinə göndəriş verməlidir. Müayinələr zamanı dağınıq skleroza aid olan hüceyrələrin tapılması bizə xəstəyə bu diaqnozu qoymağa əsas verə bilər.

- Bu xəstəliklə bağlı daha çox kimlər risk qrupuna aid edilirlər?

- Dağınıq sklerozla bağlı risk qrupunda genetik meyar demək olar ki, rol oynamır. Bu xəstəliyə, adətən, D vitamini çatışmayan və siqaret çəkən insanlar arasında rast gəlinir. Xəstəlik qadınlarda kişilərə nisbətən 2-3 dəfə çox yayılıb. Dağınıq skleroz əsasən 20-40 yaş arasında olan insanlarda müşahidə edilir. Bu xəstəliyə soyuq iqlim şəraitində yaşayan şəxslərdə daha çox təsadüf olunur

Hazırda Epstein-Barr virusunun dağınıq sklerozla əlaqəli olub-olmadığı və bu xəstəliyin qarşısını almaq üçün peyvəndləmənin aparılması məsələsi araşdırılır. Əgər qeyd edilən virusun dağınıq sklerozla əlaqəsi tam sübut olunsa, bu sahədə müsbət irəliləyişlər əldə ediləcək. Çünki Epstein-Barr virusuna qarşı peyvəndləmə dağınıq sklerozun rastgəlmə tezliyini aşağı sala bilər.

- Dağınız skleroza uşaqlar arasında rast gəlinirmi?

- Bu xəstəliyə uşaqlar arasında rast gəlinmə 3-5 faizdir. Bir yaşdan aşağı uşaqlarda demək olar ki, dağınıq skleroz müşahidə edilmir. Xəstəliyə yaşı 10-dan çox olan uşaqlarda rast gəlinir. Uşaqların sinir sisteminin platikliyi atakların tez bərpa olunmasına, klinik əlamətlərin silinməsinə gətirib çıxarır. Ona görə də uşaqlarda görmədə ani zəifləmə, ikigörmənin yaranması, qəfil yaranan yorğunluq, halsızlıq, diqqətin yayınması, səbəbsiz depressiya, ağlamalar, nitqin koordinasiyanın pozulması, səndələmə, başgicəllənmə simptomlarının bir neçəsini görürüksə, onları dağınıq skleroza görə müayinə edirik.

- Dağınıq sklerozdan əziyyət çəkən şəxslərin müalicəsi necə aparılır?

- Dağınıq sklerozlu xəstələrin müalicəsi stereoid preparatlar, immunamodelyatorlar və immuna spereosorlarla həyata keçirilir. Həmçinin klinik əlamətlərə görə hansısa orqanda spastika yaranıbsa, ona uyğun olaraq, neyroloksantlar, eləcə də, fiziki terapiya və idman məşğələləri təyin edilir. Müalicə xəstəliyin dərəcəsinə uyğun seçilir. Bu xəstələrdə əzələnin gücünü saxlamaq lazımdır ki, xəstəlik əlilliyə səbəb olmasın.

- Xəstəliyin müalicəsi uşaqlarda da böyüklərdə olduğu kimi həyata keçirilir?

- Uşaqlarda da müalicə böyüklərdə olduğu kimi aparılır. Müalicələrdə dozalama uşaqların yaşına uyğun seçilir. Böyüklərdən fərqli olaraq uşaqlarda bərpa periodu sinir sisteminin plastikliyinə görə daha tez baş verir və bu, bizim üçün diaqnoz qoymağı çətinləşdirir. Simptomlar yaranır, bəzi hallarda valideynlər bunu gözdən qaçırırlar. Bu da müəyyən çətinliklər yarada bilir.

- Dağınıq sklerozdan tam sağalmaq ehtimalı ilə bağlı nə deyə bilərsiniz?

- Bu xəstəlikdən tam sağalmaq ehtimalı yoxdur. Hazırda dünyada bu işin üzərində iş aparılır, araşdırılır. Dərmanları tətbiq edərək xəstəliyin gedişatını yüngülləşdirə, remissiya periodunu uzada və residivlərin qarşısını ala bilərik. Dağınıq sklerozlu insanların ailə üzvlərinə, yaxınlarına xəstəlik haqqında məlumatlı olmalarını, xəstələrə motivasiya vermələrini tövsiyə edirik. Çünki belə xəstələrin əhvali-ruhiyyəsi, psixoloji durumu yaxşı olanda xəstəliyin residiv verməsi bir o qədər aşağı olur. Dağınıq sklerozlu xəstələrdə spastikaların qarşısının alınmasında fiziki terapiya və digər bu kimi amillər böyük rol oynayır.

- Bu xəstəlikdən əziyyət çəkənlərin psixoloji reabilitasiyası zamanı hansı amillər nəzərə alınır?

- Psixoloji reabilitasiya çox vacibdir. Mütləq şəkildə psixoloji dəstək olmalıdır. Bu xəstələrə ilk növbədə xəstəliklərini qəbul etdirmək lazımdır. Onlar xəstə olduqlarını anlamalıdırlar. Bu xəstələrdə psixoloji depressiya, anksiyete pozuntuları olur. Sosial yaşamdan təcrid olmadıqlarını psixoloji reabilitasiya ilə onlara anlatmaq lazımdır. Rutin həyatlarından, məşğuliyyətlərindən kənarda qalmamalıdırlar. Bu insanlarda depressiv hallar xəstəliyin gedişatına mənfi təsir edə bilər. Ailə üzvlərinə də onların normal insanlardan seçilmədiyini anlatmaq lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir