Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bunker müəllimi: illüziya və reallıq

Bunker müəllimi: illüziya və reallıq

Bakı, 8 iyun, Təhminə Verdiyeva, AZƏRTAC

Təhsil cəmiyyətin və dövlətin gələcəyidir. “Bunker müəllim”lər kimlərdir?

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Ümummilli Lider deyirdi: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.

Cəmiyyətin və dövlətin gələcəyi olan təhsili rəqabət sahəsi kimi deyil, əmsallar sahəsi kimi göstərmək daha doğrudur. Yəni, ali məktəbə qəbul olunması asan, məzun olunması isə əziyyətli olan bir sahədir. Təhsilin bu unikal keyfiyyəti müxtəlif dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən irəli gələrək həmin ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə deyə bilərik ki, belə dövlətlərdə təhsil “pulsuzdur”. Adətən təhsildən məqsəd kimi istifadə edirik, amma ondan vasitə kimi istifadə etmək mümkündür. Hazırda təhsil sistemində dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də mövcuddur. İnkişaf etməkdə olan ölkələrin çoxunda təhsilə biznes sahəsi kimi baxılır. Dövlət təhsilə sosial sahə kimi baxır, gənclərin təhsil almasına kömək göstərir, dəstək verir. Bundan əlavə, hesab edilir ki, övladına təhsil vermək valideynin borcudur.

Ümumiyyətlə, təhsildə ən vacib prosedurlardan biri imtahandır. Bu üsulla minlərlə abituriyent imtahan edilir. Mütərəqqi metod sayılan testdən dünyada geniş istifadə edirlər. Test imtahanlarının ruhu isə dövrün tələbinə uyğun gəlməlidir. O zaman müsbət nəticələrə nail olmaq mümkündür. Bundan başqa, test balı biliyi birqiymətli əks etdirmir, bu, insan faktorundan asılı olan bir məsələdir. Həmçinin imtahan suallarının hər biri orta məktəb proqramı çərçivəsində olmalıdır. Orta məktəb dərsliklərindən tərtib olunan suallar yüksək nəticə göstərən şagirdlərin sayına da müsbət təsir edir. Bu sualları tərtib edənlər isə “bunker müəllim”lərdir. Onlar qəbul imtahanları testlərinin tərtib olunması prosesində ya iştirak ediblər, ya da bu prosesdən xəbərdardırlar. Bir sözlə, “bunkerlər” Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi qəbul kampaniyasında sual tərtibçisi, imtahanlara nəzarət edən müəllimlərdir. DİM elmi gücünə, metodiki hazırlığına, cəmiyyətdə qazandığı nüfuza görə hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir. Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək təklif olunur. İmtahan rəhbəri məhz onların söylədiyi nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir. İmtahan testləri də məhz bu variantlardan seçilir. Deməli, bunkerə dəvət edilmiş müəllimin vəzifəsi əsasən bundan ibarət olur. DİM-də xüsusi prosedur qaydalarına müvafiq formada təchiz edilən otaqlar var. Suallar məhz o otaqda üç gün ərzində incələnir, dərsliklərə uyğunluğu yoxlanılır, məntiqi ardıcıllığı və anlaşılan olmasına diqqət edilməklə seçilir. Bu prosesə təkcə şəhərlərdə deyil, regionlarda, ən ucqar kənd məktəblərində çalışan müəllimlər də cəlb edilirlər. Həmin suallardan ibarət bir “sual toplusu” formalaşır. Bu topluda bəlkə də iyirmi mindən çox sual toplanır. Yekunda bu suallardan neçəsinin seçiləcəyi, hansı müəllimlərin tərtib etdiyi sualların imtahana düşəcəyi barədə isə məlumat tam məxfi saxlanılır. Otaqda yalnız təhlükəsizlik kameraları, iş masası, televizor və asudə vaxt, istirahət üçün nəzərdə tutulan köşə mövcuddur. Otağa daxil olmazdan öncə bütün müəllimlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır, bütün texnoloji vasitələr, elektron avadanlıqlar götürülür. Asudə vaxtda oxumaq üçün kitab götürmək olar, amma o da vərəq-vərəq yoxlanılır, qeydə alınır. Müəllimlər üç gün üçün özlərinə geyim və müəyyən qidalar götürə bilərlər. Amma bu, könüllüdür. Çünki DİM tərəfindən müəllimlərin üç gün ərzində qidalanması təmin edilir. Müəllimlər bu prosesə cəlb ediləcəklərini ya bir gün, ya da bir neçə saat öncə bilirlər. Bəzən məxfilik üçün heç ailə üzvlərinə belə, üç gün ərzində “bunker”də olduqlarını demirlər, hətta bu, şərtlərdən biridir. DİM-in şəffaflıq, ədalətlilik və obyektivlik kimi iş prinsipləri var. Suallar hazırlananda birmənalı surətdə orta məktəblərdə tədris olunan dərsliklərdən istifadə olunur. Hətta bunu qeyd etmək olar, tutaq ki, bu il 7 və 10-cu siniflər üçün yeni dərsliklər nəşr olunubsa, amma keçən ilin 10-cu sinifləri bu il imtahan verirlərsə, suallar onların xeyrinə salınır. Suallar seçilərkən həm köhnə, həm də yeni nəşrlərdən olmasına diqqət edilir. Yəni birində olub, digərində olmayan, bir-birinə zidd olan məqamlardan əsla sual salına bilməz. Bu prinsip xüsusi diqqətdə saxlanılır. DİM-in ekspertləri də illərin təcrübəsinə əsaslanan müəllimlərdən seçilirlər. Deməli, ölkənin bütün ali məktəblərinin, Milli Elmlər Akademiyasının mütəxəssisləri, həmçinin ölkənin qabaqcıl orta məktəb müəllimləri - yəni kim istəyirsə, bu prosesdə iştirak edə, suallar yaza bilər. Ekspertlər sualların qəbul proqramına, dərsliklərə uyğunluğunu yoxlayırlar və bundan sonra bu suallar yığılır. Fərz edək ki, bu il imtahanda bir neçə variantda 30 sual olmalıdır. Ümumilikdə 90 sual olursa, həmin 90 sual içərisində ən təkmil olanları seçilir. Bu suallar bir neçə mərhələdən keçirilir. Birincidə ekspert müəllimlər sualları yazırlar. İkincidə - Dövlət İmtahan Mərkəzinin ekspertləri onları yoxlayır, ekspertizadan keçirirlər. Üçüncü mərhələdə isə bunkerdə olan ekspert sonuncu dəfə sualları yoxlayır ki, gözdən qaçan məqam var, yoxsa yox.

Texniki imkanlar imtahan prosesini olduqca asanlaşdırır, rahat və qısamüddətli edir. Təhsil sferasının öyrədən və öyrənən iki subyektli sadə sistemi mövcuddur. Bu sistemdə adətən öyrədən öyrənənə test üsulunu mütləq surətdə qüsursuz öyrətməyə çalışır. Bütünlüklə biliyini ona verərək, öyrənəndən müsbət nəticələr gözləntisində olur. Bu baxımdan test üsulunu təhsil sferasında həm operativ, həm də iqtisadi cəhətdən səmərəli hesab edə bilərik. “Bunker müəllim”lər sualları tərtib edərkən orta məktəb dərsliklərindən kənara çıxmamalı, imtahanların sərt deyil, yumşaq test ilə aparılmasına nail olmalıdır. Beləliklə, yalnız bu halda milli əhəmiyyətli böyük nəticələr uğurla əldə edilər. Nəticədə, təhsilin keyfiyyəti olduqca yüksələr. Bu kiçik taktiki gediş böyük strateji əhəmiyyət kəsb edir. Belə bir məqam da var ki, “bunker müəllim”lər testləri tərtib edərkən onun məsuliyyətini və testin nəticəsindən asılı olaraq məzunların sonrakı həyat yolu üçün hansı rol oynayacağını yaxşı anlamalıdır. Doğrudan da bu imtahanlar şagirdləri qorxutmamalıdır, əksinə, Azərbaycan məktəblisinin, məktəbinin, valideynlərin xeyrinə olmalıdır. Texniki imkanlar imtahan prosesini olduqca asanlaşdırır, rahat və qısamüddətli edir. “Bunker müəllim” belə imkanların mühitində özünü sərbəst hiss etməli, qoyulmuş konkret məqsədlərə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti - “texniki hazırlıq mədəniyyəti” komponentini əlavə edir. “Bunker müəllim” öz fənnini tədris etməklə yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində praktik işlər təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. “Bunker müəllim” daim inkişafda, real həyatın tələblərinə cavab verməyə hazır olmalıdır. Bu mənada müəllim hazırlığı dəyişən zamanın, informasiya cəmiyyətinin sürətlə dəyişən tələblərinə uyğunlaşmalıdır. Bu gün “bunker müəllim”lərin informasiya təhsil məkanında, təhsilin müasir şəraitində səmərəli işləyə bilməsi üçün onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. “Bunker müəllim” hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə təhsil sistemi real praktikanı qabaqlamalıdır, onda “bunker müəllim” hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır.

Qabaqcıl dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda təhsil sahəsi. Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsilin strateji üstün sahə olduğunu qeyd edir, bununla da ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu isə elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf dinamikasından sürətli olmalıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi Azərbaycanda da aktuallığını qoruyub saxlayır.

Ölkəmizdə təhsil sisteminin yeni mahiyyətdə formalaşmasının əsas göstəricilərindən biri də uğurla həyata keçirilən, şagird və tələbələrlə təhsil müəssisələri arasında münasibətlərin müasir formasını əks etdirən layihələrdir. Bu baxımdan “Məktəblinin dostu”, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı”, “STEAM”, “Rəqəmsal bacarıqlar”, “Peşə təmayüllü siniflərin təşkili”, “Sabah qrupları”, “Study in Azerbaijan” layihələrini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın müasir təhsil sistemi müəyyənləşdirilmiş hədəflər çərçivəsində uğurla inkişaf etməkdədir və zəngin intellektual potensiala malik, savadlı gənclərin yetişməsinə töhfə verməkdədir.

Son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurların əldə olunduğunu deyə bilərik. Təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib. Prezident İlham Əliyev bu barədə deyibdir: “Son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün mükəmməl təhsil sisteminin olması başlıca şərtlərdən biridir və Dövlət Strategiyasında göstərildiyi kimi, islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək.

Bu yazı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib