RƏSMİ XRONİKA
CABBAR QARYAĞDIOĞLUNUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Milli musiqi sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Cabbar Qaryağdıoğlunun qəbirüstü abidəsinin ucaldılmasını, həmin ərazidə abadlıq işlərinin görülməsini və Bakı şəhərinin küçələrindən birinə onun adının verilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı haqqında sənədli filmin çəkilməsini təmin etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyası Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığından bəhs edən kitabın hazırlanması və nəşr edilməsi üçün müvafiq tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2007-ci il.