Cakartada koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin müddəti uzadılıb
Tokio, 23 aprel, AZƏRTAC
İndoneziyanın paytaxtı Cakartada koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin müddəti mayın 22-dək uzadılıb.
AZƏRTAC “Channel News Asia” telekanalına istinadla xəbər verir ki, bu barədə qərar paytaxt qubernatoru Anies Basvedan tərəfindən qəbul edilib.
Xatırladaq ki, Cakartada aprelin 10-dan başlayaraq iki həftə müddətinə tətbiq edilən məhdudiyyətlər aprelin 24-də başa çatmalı idi. Həmin məhdudiyyətlərə ictimai nəqliyyatın fəaliyyətinin səhər saat 6:00-dan axşam saat 18:00-dək qısaldılması, nəqliyyat vasitələrinə yerlərin 50 faizindən artıq sərnişinin götürülməməsi daxildir. Fərdi nəqliyyat vasitələrində də sərnişinlərin sayına məhdudiyyətlər nəzərdə tutulur.
Bundan əlavə, paytaxt sakinlərindən evdə qalmaq, ictimai yerlərdə beş nəfərdən artıq şəxsin iştirakı ilə tədbirlərin keçirilməməsi də tələb edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]