İQTİSADİYYAT
Cari ildə Bakıda qida məhsullarının istehsalı artıb
Bakı, 3 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 milyard 332,6 milyon manat dəyərində məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 5,5 faiz artım, içki istehsalında 5 faiz, tütün məmulatlarının istehsalında isə 61,2 faiz azalma müşahidə olunub.
Keçən ilin yanvar-sentyabr aylarına nisbətən bu sahələrin əsas məhsullarından olan kolbasa məmulatlarının istehsalı 73,9 faiz, şirin peçenye istehsalı 52,9 faiz və insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,3 faiz artıb.