Cari ilin 8 ayında müxtəlif nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sayı açıqlanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu ilin 8 ayı ərzində müxtəlif nəqliyyat vasitələri ilə 1 milyard 189,1 milyon sərnişinə xidmət göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, sərnişinlərin 87,8 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 faiz və 16 faiz çox olub.
Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 148,2 milyon ton yük daşıyıb. Yüklərin 4,2 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,1 faizi hava, 5,5 faizi avtomobil nəqliyyatı, 31 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,1 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]