Cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” səyyar təbliğat dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularla keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidməti, qidalanması və digər mövzularda söhbətlər aparılıb.
Səyyar təbliğat dəstəsinin texniki təbliğat vasitələrinin imkanlarından istifadə olunmaqla ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş edilib.