Cəlal Qasımov: Yeni texnologiyalar sürətlə həyatımıza daxil olur
Bakı, 5 fevral, Günel Türksoy, AZƏRTAC
Bu gün bu zalın dolu olması tədbirə marağın göstəricisi olmaqla yanaşı, bu cür platformalara ehtiyacın olmasının da göstəricisidir. Mən dövlət və özəl sektorun bir arada toplanmasına növbəti bir imkan kimi baxıram. Keçənilki forumda əsas fikir o oldu ki, biz sözlərdən addıma keçək. Artıq bu gün "LEGİS" jurnalının ilk buraxılışını təqdim edirik. Bugünkü görüşdə bütün dəyərli fikirləri qeyd edəcəyik və bu fikirlər jurnalın gələnilki buraxılışında öz əksini tapacaq ki, heç bir fikir itməsin.
AZƏRTAC xəbər verir ki, bunu "Paşa Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov "LEGİS Hüquq Forum"unda çıxış edərkən deyib.
Baş icraçı direktor hər zaman açıq və səmimi dialoqun tərəfdarı olduğunu vurğulayıb: "İndiki dövrdə iqtisadiyyat, biznes və yeni texnologiyalar sürətlə həyatımıza daxil olur. Biznes bu texnologiyaların bir çoxunu tətbiq edir. Qanunların qəbul edilməsi isə çox normal olaraq zaman alır. Qanun çərçivəsinə gələnə kimi həmişə boz zonalar qalır. Biz cəmiyyət, biznes və dövlət olaraq bir- birimizə kömək edə bilərik. Biznes qanunların oxucusu deyil, həm də müəllifi olduqda risklər azalır. Qanun ona görə yazılır ki, hamımız irəli gedək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [15:31]
Xəzər və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
- 05.02.2026 [13:49]
“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir
- 05.02.2026 [13:35]