Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlil Məmmədquluzadənin xatirələri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsi kimi

Cəlil Məmmədquluzadənin xatirələri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsi kimi

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir. Ədibin yaradıcılığı alimlər tərəfindən tədqiq olunur, haqqında elmi məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Cəlil Məmmədquluzadənin xatirələri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsi kimi” məqaləsini təqdim edir.

Azərbaycan memuar ədəbiyyatı XX əsrin əvvəllərində təşəkkül tapsa da, onun ilk nümunələri daha əvvəlki dövrlərə aiddir. Orta əsrlər müəllifləri həyat və yaradıcılıqlarını tam əks etdirən əsərlər yazmayıblar. Onların həyat və fəaliyyətləri haqqında müasirlərinin əsərlərinə, müxtəlif qaynaqlara, təzkirələrə istinadən, ən əsası da müəlliflərin bilavasitə öz əsərlərinin elmi şəkildə tədqiqi nəticəsində fikir söylənilib. Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və digər klassiklərin əsərlərində bioqrafik məlumatlar verilib ki, bunları da xatirə örnəkləri kimi dəyərləndirmək olar.

Zaman keçdikcə müəlliflərin bədii əsərlərində özləri, müasirləri haqqında məlumatların verilməsi genişlənib. Bu aspektdən yanaşdıqda XIX əsr müəlliflərinin yaradıcılığında avtobioqrafik məlumatlar diqqəti daha çox cəlb edir. Bu dövr Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin - Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Seyid Əzim Şirvaninin əsərlərində tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Eyni zamanda, artıq bu dövrün tanınmış ədəbiyyat xadimləri haqqında xatirələr yazılırdı. Həsən bəy Zərdabi, Məhəmməd Tağı Sidqi haqqında yazılan xatirələr bu qəbildəndir.

XX əsrin əvvəllərində xatirələrə maraq artırdı. Nəsrin imkanları geniş olduğu üçün şair və yazıçılarla yanaşı, incəsənətin müxtəlif sahələrində çalışanlar da öz qələmlərini memuar janrında sınayırdılar. Bu dövrdə səhnəyə gələn aktyor nəslinin ayrı-ayrı nümayəndələrinin - Əhməd Qəmərlinin, Mir Mahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin, Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Hacıağa Abbasovun, Əhməd Anatollunun, Səməd Mövləvinin tərcümeyi-hal və xatirələri müəlliflərin həyat və fəaliyyəti ilə yanaşı, teatr sənətinin ümumi mənzərəsini təsəvvür etməyə imkan verir, aktyorların səhnədə atdıqları ilk addımları, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq yolundakı fəaliyyətlərini əks etdirirdi.

Göründüyü kimi, XX əsrin əvvəllərində xatirə ədəbiyyatının yeni-yeni nümunələri meydana gəlirdi. Bu dönəmdə Azərbaycanda memuar janrı inkişaf edib və mükəmməl memuar əsərlərinin yaranması üçün zəmin olub.

Cəlil Məmmədquluzadənin “Xatiratım” əsəri XX əsr Azərbaycan memuar ədəbiyyatının dəyərli nümunələrindəndir. Əsərin əlyazması Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yazıçının şəxsi arxivində saxlanılır. Nəstəliq xətti ilə yazılan əlyazmada bəzi sözlər, cümlələr, bəzən də tam bir abzas ixtisar edilib. Əsər bənövşəyi mürəkkəblə ağ, qızılı kontor dəftərinə ərəb əlifbası ilə Azərbaycan dilində yazılıb. Birinci səhifədə Mirzə Cəlilin xətti və imzası ilə rus dilində “Moi vospominaniya s detstva do jurnala “Molla Nasreddin” sözləri qeyd edilib. Ədibin şəxsi fondunda “Tərcümeyi-hal” başlığı ilə mühafizə olunan xatirələri “Xatiratım” memuarının davamıdır.

“Xatiratım” əsərinin əsas məğzi və ideyası müəllifin qaranlıq dünya əleyhinə mübarizəsidir. Ədəbiyyatşünas Əli Sultanlı öz tədqiqatlarında qaranlıq dünyanın Cəlil Məmmədquluzadənin kiçik müasirlərinin çoxunu məhv etdiyini, onların qaranlıq mühitə qalib gələ bilmədiyini, Mirzə Cəlilin isə qaranlıq dünya ilə ardıcıl və cəsarətli vuruşda qalib gəldiyini qeyd edib.

Hər bir ədəbi sima müəyyən tarixi zəmin əsasında yetişir. Cəlil Məmmədquluzadə irsi məhz Mirzə Fətəli Axundzadə ədəbi məktəbi zəminində yaranıb və inkişaf edib. Görkəmli yazıçı Mirzə İbrahimov yazırdı: “Cəlil Məmmədquluzadəyə qədər Azərbaycan ədəbiyyatında demokratik ideyalar Mirzə Fətəli Axundovun simasında öz yüksək ifadəsini tapır. Haqverdiyev və Vəzirov bu ideyalara əsaslanaraq ədəbiyyatı daha artıq xalq həyatına yaxınlaşdırırlar... Mirzə Fətəli Axundovdan sonra ən böyük demokrat yeni keyfiyyətli demokratizmin ədəbiyyat sahəsində böyük ifadəçisi Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) oldu”.

Mirzə Cəlilin “Xatiratım” əsəri ilə Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” arasında bir yaxınlıq var. İstər xatirələrdə, istərsə də “Məktublar”da vaizlərin dilində məşhur olan alimlərdən danışılır. Mirzə Fətəli Axundzadə Məhəmməd Bağır Məclisinin adını çəkir və onun “Həqqülyəqin” kitabından nümunə göstərir. Həmçinin Mirzə Cəlil Məclisinin “Bist bab” və Seyid Məhəmməd Bağır Rəştinin “Sual və cavab” kitablarından bəhs edir, bunlardan nümunələr göstərir. Eyni zamanda, xatirələrdə verilən Axund Molla Tağının çıxışı ilə “Məktublar”da göstərilən Axund Sadığın moizəsi bir-birinə çox oxşardır. Bunların müqayisəsi müəyyən qədər formal səciyyəli olsa da hər iki yazıçının yaradıcılıq yolunun uyğunluğunu bir daha nəzərə çatdırır.

Mirzə Cəlilin xatirələri iki hissədən ibarətdir: birinci hissədə yazıçının uşaqlıq illəri, ikinci hissədə gənclik dövrü təsvir olunur. Birinci hissə “Qaranlıq”, “Namaz”, “Meyit büsatı”, “Şadlıq namazı”, “Gecə namazları”, “Sövm orucluq” bölmələrindən ibarətdir. Xatirə müəllifi namazların adlarını, onların neçə yerə bölünməsini, hansı namazı əvvəl, hansını sonra qılmaq lazım olduğunu çox yaxşı bilirdi. Hələ Molla Bağırın məktəbində oxuyarkən balaca Cəlil sevimli şagirdlərdən idi. Əsərdə Mirzə Cəlil Hacı dayısını təsvir etməklə böyük ümumiləşdirmə aparıb, dövrün mollalarının, ruhanilərinin səciyyəvi xüsusiyyətlərini bu tipdə cəmləşdirib.

“Xatiratım” əsərinin ikinci hissəsində Cəlil Məmmədquluzadənin gənclik illəri təsvir olunur. 1903-cü ilin dekabr ayında Tiflisə gələn Mirzə Cəlil bu şəhərin sakini olur. Artıq heç bir qüvvə onu bu mühitdən ayıra bilmir. Yazarın Tiflisdə qalmasının başlıca səbəbi bəlkə də “Poçt qutusu” hekayəsi ilə bağlıdır. Çünki Novruzəlinin gülməli və kədərli həyatı “Şərqi-Rus” qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtinskinin çox xoşuna gəlir. Bu barədə Mirzə Cəlil yazırdı: “Məhəmməd ağa “Poçt qutusu”nu oxuya-oxuya elə bir qışqırıqla gülməyə başladı ki, burada qeyri çörək yeyənlərin diqqətini cəlb elədi. Mən yavuqdakı hovuzda üzən rəngarəng balıqlara tamaşa eləyirdim. Və yaxşı yadımdadır ki, Məhəmməd ağa güldükcə balıqlar suyun içində elə atılıb-düşürdülər ki, deyəsən, o Allahın balaca heyvanlarının da Novruzəlinin avam və sadəliyinə gülməyi tutur”.

Nəzərə çatdırmaq lazımdır ki, şərqşünas alim, ictimai xadim və pedaqoq kimi dövründə məşhur olan Məhəmməd ağa Şahtaxtinski həm də görkəmli jurnalist idi. Jurnalistlik fəaliyyətinə 1870-ci ildən başlayan Şahtaxtinski Peterburq və Moskva qəzetləri ilə müntəzəm əməkdaşlıq edir, İstanbulda nəşr olunan türk, fars, fransız qəzetlərində məqalələr dərc etdirirdi. Məhz onun təklifi ilə Cəlil Məmmədquluzadə Tiflisdə qalır və “Şərqi-Rus” qəzetində fəaliyyətə başlayır. O, qəzetdən həvəslə, onun naşiri Məhəmməd ağadan böyük minnətdarlıq hissi ilə danışır. Belə ki, məhz bu qəzet onu mühərrirlik aləminə aparır. Məhz bu qəzetin sayəsində Mirzə Cəlil nəşriyyat işinin texnikasını öyrənir, böyük təcrübə əldə edir ki, bu da gələcəkdə ona gərək olur.

Xatirələrdə memuaristi heyrətə salan bir hadisə təsvir edilib. Yazıçı bu hadisəni həm təəccüblə, həm sevinclə, həm də qibtə hissi ilə qələmə alıb. Bu da ondan ibarətdir ki, rus dilində nəşr olunan satirik jurnalda II Nikolayın karikaturası verilmişdi. Mirzə Cəlili təəccübləndirən o idi ki, dövrün padşahı satira hədəfinə çevrilmişdi, halbuki əvvəllər bu, mümkün olan iş deyildi. Sevindirən o idi ki, qələm azadlığının belə bir məqama çatmasının şahidi olurdu. Qibtə hissi isə onda kədər qarışıq idi. Başqa xalqlara Cəlil Məmmədquluzadə qibtə edirdi, çünki onlar dövrün padşahının karikaturasını verə bilirdilər. Mirzə Cəlil kədərlənirdi, çünki onu və qələm yoldaşlarını hətta bir dərvişin, bir mərsiyəxanın hoqqabazlığını tənqid etməyə qoymurdular.

Ədib xatirələrində mühərrirlik fəaliyyətinə başlaması ilə yanaşı, “Molla Nəsrəddin” məcmuəsinin yaranma tarixindən, bu yolda meydana çıxan çətinliklərdən bəhs edir. Məcmuənin birinci sayı onun gələcək iş proqramını təşkil edirdi. Mirzə Cəlil bu nömrəyə böyük önəm verdiyindən onun materiallarını xatirələrdə təfsilatı ilə şərh edib. Burada qaldırılan məsələlər məcmuənin bütün fəaliyyəti boyunca dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Təsadüfi deyil ki, ziyalılar məcmuəyə, xüsusilə onun birinci nömrəsinə böyük əhəmiyyət verirdilər. Görkəmli uşaq yazıçısı Abdulla Şaiq xatirələrində yazırdı: “Molla Nəsrəddin” məcmuəsinin çox ardıcıl ədəbi, ictimai-siyasi istiqaməti var idi. Mətbuatımız tarixində çox mühüm yer tutan, ictimai-siyasi həyatımızın, ədəbiyyatımızın inkişafında böyük əhəmiyyəti olan bu məcmuənin ilk nömrəsindən aldığım təsiri heç bir qəzet və jurnaldan almamışam...

Bazar günü idi. Şəhər bağçasında oturub yoldaşlarımla danışırdım. Birdən-birə satıcı uşaqların hərəsinin əlində bir neçə məcmuə “Molla Nəsrəddin”, “Molla Nəsrəddin” - deyə çığırdıqlarını eşitdim. Məcmuənin ilk səhifələrində əsrlərdən bəri şirin lətifələri ilə xalq içərisində məşhur olan Molla Nəsrəddinin mahir bir rəssam fırçasından çıxmış şəkli verilmişdi. Məcmuəni alıcılar bir-birinin əlindən qapırdılar. Mən də aldım. Orijinal karikaturaları, məzhəkəli və mənalı tənqidləri məndə başqa hal və sevinc oyatdı. Məcmuənin ictimai və siyasi əhəmiyyətini anlayan gənclər o gün çox nəşəli və şən görünürdülər”.

Mirzə Cəlilin həyati müşahidələri ilə yaradıcılıq fəaliyyəti arasında qırılmaz əlaqə olduğunu göstərən görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov çox haqlı olaraq qeyd edirdi ki, “Danabaş kəndinin əhvalatlarına ilk dəfə, qorxa-qorxa da olsa, uşaqlıqda gülməyə başlayan Cəlil sonralar böyüyüb Molla əmi olduğu zaman artıq onları gördükcə qəhqəhə çəkirdi”.

Cəlil Məmmədquluzadənin “Xatiratım” əsəri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsidir. Xatirələrdə bir tərəfdən ədibin uşaqlıq və gənclik dövrü, digər tərəfdən “Molla Nəsrəddin” məcmuəsinin meydana gəlməsi tarixi təsvir olunub. XX əsr Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikir tarixinin inkişafını öyrənməkdə bu memuarın önəmi böyükdür. Təməli Cəlil Məmmədquluzadənin xatirələri ilə qoyulan XX əsr memuar ədəbiyyatımız Məmməd Səid Ordubadinin, Ömər Faiq Nemanzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Əli Nəzminin, Abdulla Şaiqin, Əziz Şərifin xatirələri ilə daha da zənginləşib. Hər biri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan bu müəlliflərin xatirələrində onların həyat və fəaliyyəti, ünsiyyətdə olduğu insanlar, eləcə də dövrün ictimai-siyasi, iqtisadi və tarixi olayları haqqında dəyərli, uydurmadan uzaq, gerçək məlumatlar verilib. Həyat həqiqətinə əsaslanan bu hadisələr, eyni zamanda, bədii şəkildə, hər bir yazıçının üslubuna müvafiq canlandırılıb və əminliklə deyə bilərik ki, Cəlil Məmmədquluzadənin “Xatiratım” əsəri bu memuar nümunələrinə yolgöstərici və örnək olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət katibi: Cekson-Venik ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını istərdik

Stiv Deyns: Azərbaycan və Ermənistanın Ağ Evdə bir araya gəlməsi böyük dönüş nöqtəsi idi

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir

Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib

Bu saata olan əsas xəbərlər

Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb

Andrey Petruşenko: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platformadır

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

SOCAR: Təbii qaza tələbat hələ uzun müddət davam edəcək

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar

İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir

Mark Rubio: İran ilk dəfə nüvə proqramlarının aspektlərini müzakirə etməyə razılaşıb

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Dünya Kuboku ilə bağlı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib

Rzabek Artıqaliyev: Orta Dəhliz region ölkələrinin iqtisadi sabitliyini təmin edir

Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Kaleb Orr: ABŞ Azərbaycanın enerji sektoruna konkret investisiyalar planlaşdırır

® IV Milli Kibertəhlükəsizlik Forumu “Azercell”in dəstəyi ilə keçəcək

Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı

Dövlət katibinin köməkçisi: ABŞ Azərbaycan iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq niyyətindədir

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

Ekspert: Süni intellekt neft-qaz sektorunda təhlükəsizliyin artırılmasında mühüm rol oynayır

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

Milli səfərbərlik

Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib

ÜMT: Havanın temperaturunu artıran El Nino hadisəsinin yaxın zamanda başvermə ehtimalı 80 faizdir

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir VİDEO

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir VİDEO

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir VİDEO

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir VİDEO

FHN Akademiyasının yaradılmasının 18 illiyi qeyd olunub

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür VİDEO

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür VİDEO

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib

Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər VİDEO

Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər VİDEO

“Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində ilk düşərgə fəaliyyətə başlayıb

Azərbaycan enerji əməkdaşlığı modellərinin formalaşdırılmasında mühüm rol oynayır ŞƏRH

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir VİDEO

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan-ABŞ iqtisadi dialoqu strateji tərəfdaşlığın yeni mərhələsini açır

Avropalı astronomlar saatda 25 min kilometri aşan küləyin sürətini ölçüblər

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir VİDEO

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir VİDEO

® “Trendyol” və “PAŞA Holdinq” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

BMT il ərzində ekstremal hava şəraiti riskinin arta biləcəyi barədə xəbərdarlıq edib

Azərbaycan yaşıl enerji gündəliyinin həyata keçirilməsində lider mövqelərdədir ŞƏRH

Rəcəb Tayyib Ərdoğan Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb

Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb

AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib

bp-nin vitse-prezidenti: “Caspian Energy Week”dən çox təsirlənmişəm - EKSKLÜZİV

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

Azərbaycan “Kazan Beynəlxalq Elektroenergetika Forumu”nda iştiraka dəvət edilib

Nazir: İqtisadi şaxələndirmə Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir

Ötən ay 56 aptekdə yoxlama aparılıb

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

Azərbaycan millisinin hər iki yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər

GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır VİDEO

GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır VİDEO

Gələcəyin şəhərlərində əsas prioritetlərdən biri nəqliyyat əlçatanlığı olacaq - ŞƏRH

Azərbaycan millisinin futzalçısının “Araz-Naxçıvan”dan ayrılma səbəbi bəlli olub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakedən

Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı təqdim olunub

Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaingdən

“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir VİDEO

“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir VİDEO

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan

Nazir: Dəniz yolu ilə dəhlizlərin qarşılaşdığı sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu anlayarıq

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH VİDEO

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH VİDEO

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir VİDEO

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir VİDEO

Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını keçirib

Azərbaycanın artan beynəlxalq rolu: enerji ixracatçısından orta güc dövlətinə doğru ŞƏRH

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları nəzərdən keçirilib

Daha bir elektron pul təşkilatının lisenziyası ləğv edilib

Azərbaycanlı alim Türkiyədə ailə institutunun mənəvi çağırışlarını təhlil edib

Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub

Assosiasiya sədri: Yeni dəstək mexanizmləri quşçuluq sənayesinin inkişafını sürətləndirəcək

Ötən il Rusiya vətəndaşlarına verilən Şengen multivizaların sayı 21 faizdən çox azalıb

Rəşad Nəbiyev: Bakı-Tbilisi-Qars Xəzər və Qara dənizləri arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri nəzərdən keçirilib

Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti müzakirə edilib

Azərbaycan aliminin Qarabağa dair monoqrafiyasını isveçrəli professor yüksək qiymətləndirib

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər VİDEO

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər VİDEO

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO

Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO

Aİ Komissiyası Şengen zonasının 9 ölkəsini daxili sərhəd yoxlamalarını ləğv etməyə çağırıb

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO