İDMAN
“CƏLİLABAD” XOKKEY KOMANDASI “PLAY-OFF” GÖRÜŞÜNÜN QALİBİDİR
Güclülər dəstəsində 5-ci yeri tutan “Cəlilabad” komandası növbəti mövsümdə güclülər dəstəsində yenidən oynamaq uğrunda I dəstənin ikincisi “Gəncə” ilə “play-off” görüşü keçirmişdir. Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmamışdır. Qalib yalnız hakimin təyin etdiyi 7 metrlik zərbələrdən sonra məlum olmuşdur. “Cəlilabad” komandası 3:1 hesabı ilə qalib gələrək, güclülər dəstəsində öz yerini qorumuşdur.
Eyni zamanda, yeniyetmə oğlanlar arasında xokkey üzrə ölkə birinciliyinə start verilmişdir. İlk turun oyunlarının nəticələri belədir: “Sumqayıt-1”–“Cəlilabad” – 1:0, “Təhsil” RİM–“Sumqayıt-2” - 0:5. Altı komandanın iştirakı ilə iki yarımqrupda keçirilən birinciliyin qalibi noyabrın 17-də məlum olacaqdır.