Cəlilabadda ağır yol qəzası: 35 yaşlı sərnişin həyatını itirib
Cəlilabad, 17 mart, AZƏRTAC
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobillə digər rayon sakini Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. "Changan" markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]