Cəlilabadda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb - YENİLƏNİB
Cəlilabad, 4 sentyabr, AZƏRTAC
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub, zəruri ilkin tibbi xidmət göstərilib.
1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 7 şəxsin müalicəsi tibbi müəssisənin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
16:38
Cəlilabad rayonunda yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində azyaşlılar da olmaqla, 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.