CƏNUB BÖLGƏSİNDƏ YAŞIL TURİZM
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dünya Bankının Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Masallı Regional Məsləhət Mərkəzi nəzdində fəaliyyət göstərən “Aqro-məsləhət” qeyri-hökumət təşkilatı “Azərbaycanın cənub regionunda kənd yaşıl turizmin inkişaf etdirilməsi” layihəsini həyata keçirir.
Cənub bölgəsinin beş rayonunu - Lerik, Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarını əhatə edən və icra müddəti 10 ay olan layihəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti ilə Avrasiya Fondu maliyyələşdirir.