Cənubi Koreya parlamenti Baş nazirin təyinatını təsdiqləyib
Pekin, 3 iyul, AZƏRTAC
Cənubi Koreyanın Milli Assambleyası ölkə prezidenti İ Ce Myonqun təqdimatı əsasında Kim Min Soku Baş nazir vəzifəsinə təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, müxalif Xalq Gücü Partiyasından olan deputatlar səsverməni boykot etsə də, parlamentdə üstünlük təşkil edən hakim Demokrat Partiyasının və onun tərəfdaşlarının 173 səsi kifayət edib.
Müxalifət gəlirlərinin mənbəyini düzgün göstərmədiyini iddia edərək, Kim Min Soku Baş nazir vəzifəsinə uyğun olmayan namizəd kimi dəyərləndirib. Bundan başqa, müxalifət Kim Min Sokun oğlunun universitetə qəbulu və özünün Çinin Tsinqhua Universitetindən məzun olması ilə bağlı ittihamlara görə onun namizədliyini dəstəkləməkdən imtina edib.
Qeyd edək ki, Kim Min Sok Demokrat Partiyasından parlamentə 4 dəfə deputat seçilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]