Cənubi Koreyada işsizlik müavinəti üçün müraciətlər 13,3 faiz azalıb
Bakı, 11 mart, AZƏRTAC
Koreya Respublikasında fevral ayında işsizlik müavinəti üçün müraciətlərin sayı 13,3 faiz azalıb.
AZƏRTAC Cənubi Koreya Məşğulluq və Əmək Nazirliyinin məlumatına istinadla xəbər verir ki, fevral ayında işsizlik müavinətləri almaq üçün yeni müraciətlərin sayı 93,2 min təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azdır.
Müraciətlərin sayı əvvəlki ayla müqayisədə topdan və pərakəndə satış, istehsal və təhsil xidməti sahəsində azalsa da, informasiya və kommunikasiya sektorunda artıb. Dövlət məşğulluq sığortası fondu tərəfindən maliyyələşdirilən müavinətlər hökumət tərəfindən işsizlərə iş axtarmağa kömək üçün təklif olunur və işsizlik yardımlarının əksəriyyətini əhatə edir.
Statistikaya görə, fevral ayında işsizliyə görə müavinət alanların sayı 625,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,1 faiz çoxdur. İş axtaranlara verilən ümumi ödəniş isə 8,5 faiz artaraq 731,4 milyon dollara çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]