Cənubi Koreyada seçki komissiyasının səlahiyyətlisi saxtakarlığa görə saxlanılıb
Pekin, 30 may, AZƏRTAC
Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkisi ilə əlaqədar ölkədaxili erkən səsvermədə saxtakarlıq edən seçki komissiyasının səlahiyyətlisini polis saxlayıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, paytaxt Seulun Qanqam rayonu bələdiyyəsinin səlahiyyətli işçisi həyat yoldaşının əvəzinə səs verib. Polisin açıqlamasına görə həmin qadın Mərkəzi Seçki Komissiyası tərəfindən erkən səsvermə zamanı məntəqədə seçicilərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq üçün vəzifələndirilib. Polisə onun qanunsuz əməli barədə 2 dəfə məlumat daxil olduqdan dərhal sonra qadın saxlanılıb. Qadın öz yerinə səs verdikdən bir qədər sonra ərinin əvəzinə də səs verib.
Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yon Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkisi təyin olunub. Mayın 29-30-da ölkədaxili erkən səsvermə keçirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]