Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqazda geosiyasət: Ermənistanın müharibə arzusu

Cənubi Qafqazda geosiyasət: Ermənistanın müharibə arzusu

Qlobal səviyyədə supergüclərin nüfuz uğrunda mübarizəsi müxtəlif regionlarda risk amilini daha da aktuallaşdırıb. O cümlədən Cənubi Qafqazda proseslərin inkişaf ssenariləri maraq doğurur. Avropanın “beyin mərkəzləri” bununla bağlı maraqlı proqnozlar verirlər. Onların mövqeləri bir sıra aspektlərdə fərqlənir. Başlıcası isə Rusiya və münaqişələr məsələsində düşündürücü tezislər irəli sürürlər. Erməni analitiklər daha çox müharibədən bəhs edirlər. Onlar hesab edirlər ki, yalnız yeni müharibə Ermənistanı müstəqil edə bilər. Bu savaş ABŞ ilə Rusiya arasında olmalıdır. Kifayət qədər təhlükəli olan bu fikrin fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin gələcəyi narahatlıq doğurur. Doğrudanmı, dünya növbəti erməni təxribatına uyacaq?

Proqnoz: avropalıların arqumentləri və Cənubi Qafqaz reallıqları

Böyük dövlətlərin Cənubi Qafqaz siyasəti həmişə aktual olub. Son dövrlərdə dünya siyasətində baş verən dəyişmələr işığında isə bu məsələ ekspertlərin daha çox diqqətini çəkir. Bütövlükdə Qafqaz regionunda geosiyasi mənzərənin dinamikası maraq doğurur. Hesab edirlər ki, bu amil ABŞ-Rusiya münasibətlərinin gələcəyinə ciddi təsir edəcək. Bu baxımdan aparılan təhlillərin sayı daha da artıb. Həmin sırada Böyük Britaniya, Fransa, Almaniya və Belçikanın “beyin mərkəzləri”nin proqnozları xüsusi olaraq qeyd edilir.

Daha çox maraq göstərənlər ingilis analitik mərkəzləridir. Qərbin Cənubi Qafqaz haqqındakı təsəvvürlərini bir qayda olaraq onlar formalaşdırırlar. Böyük Britaniyanın 10-dan çox “beyin mərkəzi”ndə Qafqazla bağlı araşdırmalar aparılır. Fransa və Almaniya da kifayət qədər bu istiqamətdə fəaldırlar. Bütövlükdə isə Avropa İttifaqı Cənubi Qafqaz məsələsində fəallığı ilə seçilir.

Burada yanaşmalar əsasən Rusiyanın regiondakı siyasəti və münaqişələrin həlli aspektlərində fərqlənir. Lakin hər iki məsələ Cənubi Qafqaz dövlətləri üçün əhəmiyyət daşıyır. Onlar faktiki olaraq suverenlik, sülh və əməkdaşlıq imkanlarını qiymətləndirməkdə əsas rol oynayırlar. Eyni zamanda, bu məsələlərdə böyük dövlətlər arasında olan ziddiyyətli məqamlar da özünü daha çox göstərir.

Öncə, Rusiyanın siyasəti ilə bağlı Qərbin qiymətləndirmələrinə nəzər salmaq gərəkdir. Moskvanın regionda ənənəvi olaraq böyük təsiri olduğu məlumdur. Bunu hamı qəbul edir. Əsas məsələ hazırda bu reallığın nə dərəcədə davam etməsi ilə əlaqəlidir. Avropa analitikləri hesab edirlər ki, Rusiya tədricən regiondan çəkilməlidir. Lakin bu, uzun sürə bilər və ona görə də Moskva ilə Cənubi Qafqaz məsələsində anlaşmağa çalışmaq daha doğru olardı. Ancaq Fransa və Almaniya bu kontekstdə Kremllə daha yumşaq davranmaq tərəfdarıdırlarsa, Böyük Britaniya bir qədər sərt mövqedədir. O, daha çox Vaşinqtonla birgə hərəkət etməyə üstünlük verir. ABŞ isə Rusiyanın Cənubi Qafqazdan tez çıxmasına üstünlük verməkdədir. Bu səbəbdən iki böyük dövlətin regionda toqquşması ehtimalından danışılır.

Bölgədəki münaqişələrlə bağlı isə bir qədər mürəkkəb situasiya yaranıb. Belə ki, Gürcüstan-Rusiya münaqişəsində Qərb birmənalı Tbilisini müdafiə edir. Dəfələrlə Gürcüstanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsini qoyub. Moskvadan bunu tələb ediblər və edirlər. Ukrayna ilə bərabər Gürcüstanla bağlı da Aİ konkret mövqe ortaya qoyur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində isə Avropa dövlətlərinin mövqeləri bir qədər fərqlidir. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, əməldə başqa işlər görürlər. Ermənistana maddi, maliyyə və hərbi yardımlar edirlər. Birmənalı və qəti tələb etmirlər ki, Ermənistan işğal etdiyi ərazilərdən çəkilsin. Bundan başqa, Azərbaycanın hərbi əməliyyatlar keçirməsini heç istəmirlər. Belə məlum olur ki, münaqişələrə yanaşmada Avropanın ikili standartlar siyasəti var.

Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi həqiqi mənada çox aktuallıq kəsb edir. Erməni ekspertlər həmin bağlılıqda maraqlı bir tezis irəli sürüblər. Onlar Ermənistanın Rusiyadan tam asılı vəziyyətdə olduğunu qəbul edirlər. Vassallıqdan isə yalnız... müharibə yolu ilə xilas ola biləcəklərini yazırlar (bax: məs., Игорь Мурадян. Война как фактор независимости / “Lragir.am”, 3 aprel 2017).

Savaş təxribatı: region üçün erməni riski qalır

Erməni analitiklər müharibə dedikdə, Amerika ilə Rusiya arasında Ermənistan uğrunda savaşın meydana çıxmasını nəzərdə tuturlar. Belə ki, Moskva tutduğu mövqedən çəkilməyəcək. Onun İrəvanda güclü kəşfiyyat sistemi var. Erməni ordusuna xeyli kadrlarını yerləşdirib (bax: əvvəlki mənbəyə). Siyasi hakimiyyət də tamamilə Kremlin sifarişi ilə formalaşır. ABŞ isə “Ermənistanda yeni dövlətin formalaşmasını görməyə çalışdı, ancaq bu, baş vermədi” (bax: əvvəlki mənbəyə).

İndiki vəziyyətdə “müharibə Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə nəticələnə bilər... Müharibə regionda geosiyasi konstruksiyanı dəyişməli və Ermənistanı siyasi müstəqilliyə aparmalıdır” (bax: əvvəlki mənbəyə). Burada diqqəti çəkən bir neçə məqam vardır. Hər şeydən öncə, erməni analitiklər də etiraf edirlər ki, Ermənistan nə siyasi, nə də hərbi-iqtisadi cəhətdən müstəqil deyil. O, kənar qüvvələrin tam təsiri altındadır. Belə ölkədə suverenlik olmaz və onun siyasətindən danışmağın mənası yoxdur. Bu günə qədər rəsmi İrəvan nə daxildə, nə də Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etməyib. Deməli, erməni mütəxəssislər etiraf edirlər ki, Ermənistan Azərbaycan torpaqlarını kənardan olan ciddi siyasi, ideoloji, informasiya və hərbi dəstəklə zəbt edib.

İkinci məqam ondan ibarətdir ki, Ermənistanda dövlət formalaşmayıb. Onun siyasi institutlaşması prosesi yarımçıqdır və konkret məzmun kəsb etmir. Hakimiyyət orqanları xarici dövlətlərin kadrları ilə doludur. Buna görə də Ermənistanda real olaraq nə seçkidən danışmaq olar, nə də insan haqlarından. Vətəndaşın azadlığı kənar qüvvənin maraqlarına görə müəyyənləşir. Bu səbəbdəndir ki, milyonlarla erməni Ermənistanı tərk edir. Bu proses dayanmır.

Üçüncüsü, Ermənistan rəhbərliyinin və ekspert dairələrinin şüurunda demokratik islahatlara inam yoxdur. Onlar daxili və regional problemləri yalnız müharibə yolu ilə həll etməkdən kənara çıxa bilmirlər. Deməli, indiki erməni hökumətinin islahatlar planı əsassızdır, reallığa söykənmir. O, daha çox təbliğat xarakteri daşıyır. Çünki Ermənistan cəmiyyəti islahatlara hazır deyil. Burada münbit şərait yoxdur. Ermənilərdə müharibə paradiqmasından başqa təsəvvür hələ formalaşmayıb.

Bu, kiçik bir ölkə üçün olduqca təhlükəlidir. Çünki nə vaxtsa, bu absurd istək öz başlarında çatlayacaq. Bununla yanaşı, ABŞ-la Rusiyanı regionda toqquşdurmaq xətti çox təhlükəlidir. Bu iki dövlət böyük hərbi potensiala malikdir. Onların savaşı regionu alt-üst edə bilər. Hətta Ermənistan adlı bir yer də qalmaz. Həm də ona görə ki, Ermənistan Rusiyanın qondardığı süni ölkədir. Moskva oranı yerlə-yeksan etməyə haqqı çatdığını düşünür. Rusiya dəfələrlə bu barədə rəsmi səviyyədə fikir bildirib. Məsələn, “Regnum” agentliyinin keçmiş rəhbəri Modest Kolerov açıq yazmışdı ki, Ermənistan Rusiyasız bir heçdir.

Deməli, ermənilər əslində Amerikanı regionda ciddi hərbi təxribata çəkmək istəyirlər. Bunda başlıca məqsədləri isə Dağlıq Qarabağda qeyri-müəyyənliyi saxlamaq və süni üsullarla orada qalmaqdan ibarətdir. ABŞ kimi güclü bir dövlətin belə cılız təxribatlara gedəcəyi heç gözlənilən deyil.

Beləliklə, uzun müddətdir ki, əksər analitik və ekspertlərin ifadə etdiyi Ermənistanın region üçün əsas təhlükə mənbəyi olması tezisini Avropa və erməni ekspertlər də etiraf etməyə başlayıblar. Rəsmi İrəvan o dərəcədə qeyri-müəyyən və asılı siyasət yeridib ki, mövcud vəziyyəti pozitiv istiqamətdə sivil yolla, islahatlarla dəyişmək imkansızdır. Faktiki olaraq, Ermənistan regionun barıt çəlləyinə çevrilib. Bir qığılcım hər şeyi məhv edə bilər.

Buradan belə bir nəticə də çıxır ki, məhz Azərbaycan regionda geosiyasi sabitliyi qoruyan əsas dövlətdir. Çünki Gürcüstanın ifrat Qərb meyilliliyi və Ermənistanın Rusiyadan tam asılılığı fonunda Bakı müstəqil, tarazlaşdırıcı siyasəti ilə vəziyyəti balanslaşdırır. Azərbaycan hansısa böyük dövlətin regiondan getməsində maraqlı deyil, çünki bu, qeyri-təbii olur. Dünya qloballaşmaya doğru gedir, inteqrasiya güclənirsə, böyük və qonşu ölkənin Cənubi Qafqazdan çəkilməsi yaxşı nəticələr verməz. Bunun əksi olaraq isə, regionda normal əməkdaşlıq şəraitinin yaradılması daha doğru olardı.

Yuxarıda vurğulanan məqamlar göstərir ki, Cənubi Qafqaz uğrunda böyük dövlətlərin mübarizəsinin güclənməsi müəyyən dərəcədə geosiyasi qeyri-müəyyənliyi artırır. Burada müharibə arzusunda olan Ermənistan dağıdıcı mövqe tutursa, Gürcüstan bitərəf qalmağa çalışır, Azərbaycan isə sülh və sabitliyi təmin etməkdə fəaldır. Bunlar cəm halında regionda gərgin mübarizə şəraitinin olmasını təsdiq edir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?