“Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” adlı tədbir iştirakçıları Ağdama səfər edib
Ağdam, 13 iyun, AZƏRTAC
“Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” adlı tədbir iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar talan olunmuş şəhər, kəndlər, dini və tarixi abidələr, qəbiristanlıqlarla tanış olublar. Onlar, həmçinin mina təhlükəsi, quruculuq işləri və gələcək planlar barədə məlumatlandırılıblar.